Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:45

Azərbaycanı neft qiyməti ilə bağlı gözləyən təhlükə


 İlham Şaban
İlham Şaban

-

«Hazırda neftin qiyməti ilə bağlı konkret fikirlər söyləmək çətindir. Çünki, neftin qiymətinə təsir edən amillər çoxdur».

Bu haqda modern.az saytına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert İran amilinin neftin qiymətinə mənfi təsirləri məsələsinə də toxunub.

Onun fikrincə, neftin qiymətində müəyyən azalmalar baş versə də, faciə yaşanmayacaq. «Yəni neftin qiymətinin 40-45 dollara düşməsi reallıqdan uzaq olacaq».

İ.Şaban 2015-ci ilin ikinci yarısının sabit keçəcəyi proqnozunu versə də, 2016-cı ilin ağır il olacağını istisna etməyib:

«2016-cı il üçün müəyyən təhlükələr var. Bu səbəbdən Azərbaycan hökuməti gələn ilin büdcəsini təsdiq edərkən neftin qiymətini 50 dollardan hesablayacaq. Cərəyan edən hadisələrin indidən insanların sosial həyatına təsirləri görünməkdədir».

MÜXALİFƏT «BUNU BACARMADILAR» YAZIR, AMMA BELƏ DEYİL..

«Biz də İran layihələrində aktiv iştirak edəcəyik. Bizim qonşuluq, dostluq münasibətlərimiz yüksək səviyyədədir. Orada həm investisiya layihələri həyata keçirməklə, həm də operatorluq etməklə bağlı müəyyən layihələrimiz var».

Bunu ANS-ə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Rövnəq Abdullayev
Rövnəq Abdullayev

«İranla razılaşmanın Azərbaycan üçün nəyi pis ola bilər ki? İran bizim yaxın qonşumuz, qardaş ölkədir. Bilirsiniz, ən çətin dövrlərdə Azərbaycan həmişə İranın yanında olub, ona dəstək olub. Eyni zamanda beynəlxalq ictimaiyyətin – «altılıq»ın danışığı və qərara gəlməsinin bizim üçün çoxlu müsbət tərəfləri var...».

«Nabucco»dan danışan Rövnəq Abdullayev deyib ki, «Nabucco» söz idi, on il sammitlər, danışıqlar, görüşlər, ortada bir şey yoxdur. «Yenə deyirəm, əməli iş görmək üçün gərək qaz alıcısı gəlib qaz satıcısı ilə məsələni həll eləsin və başlasın layihəsini həyata keçirməyə. Biz Avropa Enerji Xartiyasına hörmətlə yanaşırıq və tranzit, keçid verməyə hazırıq».

Qurum rəhbəri baş tutmayan neftayırma zavodunun tikintisi məsələsinə də aydınlıq gətirib:

«Düzdür, müxalifət mətbuatında «bunu bacarmadılar» yazırlar. Belə deyil. Böyük kompleksin tikintisinin layihələndirməsi gedir. Neft emalı, qaz emalı və kimya kompleksi idi. Neft emalını, qaz emalını saxladıq. Ona görə ki, qazımızın emalı üçün bizdə imkanlar çox zəifdir. Neft emalı kompleksini indi başlamadıq, çünki o da böyük bir layihədir, 7-8 milyard dollarlıq bir layihədir. Ona görə belə bir qərar qəbul olundu ki, Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya işi aparılsın».

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

HAKİMİYYƏTİ AYAQDA SAXLAYAN ÜÇ FAKTORDAN İKİSİ YOXDUR

«Azadlıq» qəzeti AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Azərbaycan hakimiyyətini gözləyən təhlükələr barədə fikirlərini paylaşıb.

O, İlham Əliyev hakimiyyətini bu günə qədər ayaqda saxlayan üç əsas faktoru qeyd edir:

1) Beynəlxalq dəstək, 2) Neftdən gələn böyük pullar 3) Neft pulları hesabına xalqın loyallığının təmin edilməsi.

Fuad Qəhrəmanlıya görə, indi bu üç səbəbin ikisi aradan qalxıb, sonuncu səbəb də dəyişmək üzrədir:

«Təmir-tikinti layihələrinin dayandırılması, əvvəlki kimi Rusiyada qazanc əldə etmək, iş qurmaq imkanlarının olmaması, manatın devalvasiyası... və paralel olaraq idxalatdan asılı bazarda qiymətlərin artması istər-istəməz sosial narazılığı gücləndirəcək və hakimiyyətə qarşı kütləvi xalq etirazlarına yol açacaq. Artıq o zaman meydana siyasətlə maraqlananlar deyil, dolana bilməyənlər, iqtisadi çətinliklərə görə iqtidara qəzəbli olanlar çıxacaqlar. Təbii ki, belə şərtlər altında bu hakimiyyətin davam etməsi imkansız görünür və sadaladığımız faktorlar labüd iqtidar dəyişikliyi ilə nəticələnəcək prosesi doğuracaq».

XS
SM
MD
LG