Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:01

Baş katibin İlqar Məmmədov tələbi


Thorbjørn Jagland
Thorbjørn Jagland

.

Avropa Şurasının baş katibi Thorbjørn Jagland Azərbaycanın ədliyyə nazirinə məktubla müraciət edib.

O, 6 saylı həbsxanada saxlanılan REAL hərəkatının lideri İlqar Məmmədova təzyiq edilməsi barədə məlumatlarla bağlı narahatlığını bildirib.

Bu barədə REAL hərəkatının məlumatında deyilir:

“Mən İlqar Məmmədova fiziki təzyiqlərin olmasını öyrəndim və bundan təəssüfümü ifadə edirəm. Mən təcili sürətdə bu işin araşdırılmasını, lazımi tədbirlərin görülməsini istərdim”- deyə məktubda yazılıb.

Jangland həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun xeyrinə çıxardığı qərarın dərhal və şərtsiz yerinə yetirilməsinə çağırıb.

Bundan öncə də Jangland Azərbaycan hakimiyyətinə müraciət edərək İlqar Məmmədova qarşı qanunsuz təqiblərə son qoyulmasını tələb edib.

İyulun 29-da REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov hücuma məruz qalıb. Dustaqlar həyətdə gəzərkən bir nəfər İlqar Məmmədova hücum edib. Ona bir neçə zərbə endirib.

Letter by Thorbjørn Jagland
Letter by Thorbjørn Jagland

Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayaraq bildirib ki, İlqar Məmmədova qarşı fiziki təzyiqlərin olması xəbərləri doğru deyil.

İlqar Məmmədovun vəkili Fuad Ağayev REAL hərəkatının liderinin həyatına təhlükənin olduğunu bildirib. REAL-ın həbsdəki sədri 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş iğtişaşlarla əlaqədar 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb.

Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

XS
SM
MD
LG