Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:30

Xədicəyə daha bir nüfuzlu mükafat


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Nyu-Yorkda mənzillənən «Human Rights Watch» hüquq-müdafiə təşkilatı dörd cəsarətli və yorulmaz insan haqları fəalına Qeyri-adi Fəallığa görə nüfuzlu «Alison Des Forges» Mükafatını təqdim edir.

QERİ-ADİ CƏSARƏTƏ GÖRƏ

Mükafata öz ölkələrində ədalətin aparıcı səsləri olan fəallar layiq görülüblər –araşdırmaçı-jurnalist, həyatını keçmiş sovet respublikası olan Azərbaycanda insan haqları uğrunda mübarizəyə həsr edən Xədicə İsmayıl; Malayziyadan transgender hüquqlarının müdafiəçisi Nisha Ayub; Suriyadan jurnalist və insan haqları fəalı Yara Bader və Uqandadan hüquqşünas Nicholas Opiyo.

«Human Rights Watch»un yaydığı bəyanatda Xədicə İsmayılın araşdırmalarına görə saxta vergi və digər ittihamlarla həbsdə yatdığı vurğulanır. Qurum bildirir ki, mükafat Xədicəyə Azərbaycanda ifadə azadlığına artan təzyiqlərə rəğmən jurnalist və insan haqları fəalı kimi göstərdiyi qeyri-adi cəsarətə görə verilir.

««Alison Des Forges» Mükafatı təhlükəli durumlarda və böyük şəxsi qurban hesabına cəsarətlə insan haqları uğrunda mübarizə aparanlara verilir», - «Human Rights Watch»un icraçı direktoru Kenneth Roth deyib. «Mükafata layiq görülənlər dünyada ən çox zülmə məruz qalan, zəif fərdləri müdafiə işinə həyatlarını sərf ediblər».

Dr. Alison Des Forges iyirmi ilə yaxın «Human Rights Watch»da baş məsləhətçi işləyib, 2009-cu ilin fevralında Nyu-Yorkda təyyarə qəzasında həlak olub.

XƏDİCƏYƏ MÜNHEN VƏ CENEVRƏDƏ SAYQI GÖSTƏRİLƏCƏK

Qurum bildirir ki, bu ilin noyabrından gələn ilin mart-aprelinədək dünyanın 20-dən çox şəhərində illik naharlar keçiriləcək, ötən və bu ilin laureatları həmin tədbirlərdə fəxrlə yad olunacaq. Xədicə İsmayıla Münhen və Cenevrədəki naharlarda sayqı bildiriləcək.

Araşdırmaçı-jurnalist indiyədək bir neçə beynəlxalq mükafata layiq görülüb.

Xədicə İsmayıl ilkin olaraq Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırma ittihamı ilə saxlanıb. Sonradan ona iqtisadi ittihamlar irəli sürülüb. Avqustun 10-da Tural Mustafayev məhkəmədə ifadə verərək Xədicənin günahının olmadığını deyib. AzadlıqRadiosunun rəhbərliyi Xədicəyə qarşı ittihamların onun hakim ailənin biznesini ortaya qoymasına görə həbs olunduğunu bildirir.

Hakimiyyət ölkədə siyasi motivli həbsləri rədd edir, özəlliklə, heç bir jurnalistin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalmadığını bəyan edir.

XS
SM
MD
LG