Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:35

Maşın dükanları bağlandı


-

“Kia Motors Azərbaycan” şirkəti 3 satış mərkəzini bağlayıb.

Bu haqda AzadlıqRadiosuna şirkətin icraçı direktoru Zəka Əlibəyov məlumat verib.

Onun sözlərinə görə, satış mərkəzlərinin bağlanılması avtomobil almaq üçün kredit şərtlərinin sərtləşdirilməsi ilə bağlıdır:

“Əvvəllər avtomobili kreditlə alanlardan 10 faiz ilkin ödəniş tələb olunurdu, indi ilkin ödəniş, avtomobilin qiymətindən asılı olaraq, 40-50 faizdir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı 50-55 faiz aşağı düşüb. Statistika Komitəsi yeni və ya ikinci əl avtomobillərin satış payının düşməsi haqda ayrıca məlumat verməyib.

Uzun müddətdir avtomobil bazarında olan Zəka Əlibəyova görə, Azərbaycana gətirilən yeni avtomobillərin sayı 75-80 faiz azalıb.

“Kia Motors”un Azərbaycanda 17 satış mərkəzi vardı. Bunlardan Masallı, Badamdar, eləcə də "Amay" Ticarət Mərkəzinin yaxınlığındakı mərkəzlər bağlanıb. Zəka Əlibəyov bildirib ki, daha bir neçə satış mərkəzi də bağlana bilər.

XS
SM
MD
LG