Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

Ali Radaya qumbara hücumu- [video]


Ukrayna Ali Radasına qumbara hücumu- [video]
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Ukrayna Ali Radayasına qumbara hücumu- [video]

Arsen Avakov 1 hərbçinin öldüyünü deyir.

Ukraynanın daxili işlər naziri Arsen Avakov avqustun 31-də Ali Radanın qarşısında baş verən partlayışda Milli Qvardiyanın 1 əməkdaşının öldüyünü bildirir.

O həmçinin 4 hərbçinin ağır yaralandığını deyir.

Bunadan başqa aksiyaçılarla toqquşmada 90-dan çox hərbçi xəsarət alıb.

BBC-nin müxbiri 3 partlayış səsi eşitdiyini xəbər verir.

Kiyev polisinin məlumatına görə, qumbaranı atmaqda şübhəli bilinən 1 nəfər həbs edilib.

Həmçinin polis 30-a yaxın aksiyaçının saxlandığını bildirir.

Aksiyaçılar hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı parlamentdə qəbul edilən düzəlişlərə etiraz edirlər.

Qanun layihəsində ölkənin şərqindəki separatçıların nəzarətində olan regionallara yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

-

Ukrayna Konstitusiyasına əlavələr edilməsinə, Donbasa xüsusi status verilməsinə etiraz edənlər Ali Radanın qarşısında əl qumbarası partladılıb.

Nəticədə Milli Qvardiyanın binanı qoruyan bir neçə hərbçisi xəsarət alıb.

Ukraynanın Milli Qvardiyası partlayışda 4 hərbçisinin ağır yaralandığını bildirir.

Qvardiyanın mətbuat xidməti partlayış nəticəsində həmçinin onlarla aksiyaçının yaralandığını bildirib.

BBC-nin müxbiri 3 partlayış səsi eşitdiyini xəbər verir.

“112 Ukraina” televiziya kanalının məlumatına görə qumbaranı hakimiyyətin mərkəzsizləşdirilməsinə qarşı çıxan aksiyaçılardan biri atıb.

Bundan əvvəl aksiyaçılar polis səddini yararaq binaya soxulmaq istəyib.Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli Qvardiya həmin toqquşmada 50-ə yaxın hərbi qulluqçunun xəsarət aldığını bildirir. (Ardı aşağıda)

Ali Rada önündə yaralanmış əsgər, 31 avqust
Ali Rada önündə yaralanmış əsgər, 31 avqust

Qumbara hücumunda yaralan hərbçi xəstəxanaya aparılır, 31 avqust
Qumbara hücumunda yaralan hərbçi xəstəxanaya aparılır, 31 avqust

Konstitusiyaya əlavələrin edilməsinə etiraz edənlər Ali Rada önündə təhlükəsizlik qüvvələrinə hücum edir, 31 avqust
Konstitusiyaya əlavələrin edilməsinə etiraz edənlər Ali Rada önündə təhlükəsizlik qüvvələrinə hücum edir, 31 avqust

Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

Düzəlişlərdə ölkənin şərqindəki rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib.

Qanun layihəsinin növbəti sesiyada keçməsi üçün azı 300 səs lazım olacaq.

Bundan əvvəl düzəlişlərə qarşı çıxan "Radikal Partiya" və "Azadlıq" koalisiyasından olan bir qrup deputat Ali Radanın tribunasını dövrəyə alaraq səsverməni əngəlləmişdi.

Həmçinin yüzlərlə fəal parlamentin qarşısında etiraz aksiyası keçiriblər.

Bu düzəlişləri iyulun 15-də parlamentə prezident Petro Poroshenko təqdim edib.

Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.

Rusiyapərəst separatçılar həmin regionlara xüsusi status verilməsinin Konstitusiyaya salınmasını təkid edirlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində kökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

XS
SM
MD
LG