Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

XİN erməni futbolçu ilə bağlı açıqlama verdi


Hikmət Hacıyev
Hikmət Hacıyev

"Yalnız son beş ildə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər idman yarışlarında və ölkəmizdə uğurla keçirilmiş Birinci Avropa Oyunlarında Ermənistandan və əslən erməni olaraq digər ölkələri təmsil edən 100-dən artıq idmançı iştirak edib".

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qəbələ" komandası ilə eyni qrupa düşən Almaniyanın "Borussiya" (Dortmund) komandasının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana buraxılmayacağına dair iddialara cavab verərkən deyib.

Onun sözlərinə görə, "çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət UEFA-nın müəyyən etdiyi ümumi qaydalardan çıxış edir və bu qaydalar əsasında oyunlara ev sahibliyi edir. Futbol idman növünün xarakterik xüsusiyyətlərindən biri onun komanda formasında olmasıdır. Burada ayrı-ayrı fərdlər deyil, ümumi komanda yanaşması əsas götürülür. Oyunlardan asılı olaraq "Borussiya" (Dortmund) klubunun Azərbaycana səfəri də ayrı-ayrı fərdlərin deyil, komandanın səfəri xarakteri daşıya bilər”.

Hikmət Hacıyev qeyd edib ki, idman və siyasət arasında müəyyən ümumi cəhətlərin olmasına baxmayaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir. "Arzuolunmaz şəxslər" siyahısına gəldikdə isə, burada hər bir hal fərdi qaydada nəzərdən keçirilir.

Media məlumatlarına görə, Mkhitaryan 2011-ci ildə Dağlıq Qarabağa gedib.

XS
SM
MD
LG