Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:49

Ermənistan Suriya ermənilərini Dağlıq Qarabağa köçürür


Hələbdən gələn ermənilər Yerevan hava limanında
Hələbdən gələn ermənilər Yerevan hava limanında

Suriyadakı münaqişə ilə bağlı qaçqın düşən 15 min erməni miqrantlarının bir hissəsi işğal olunmuş Dağlıq Qarabağda məskunlaşdırılır

Ermənistan indiyədək Suriyadan minlərlə xristiana və əsas etibarilə ermənilərə sığınacaq verib.

BBC BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən bildirir ki, azı 15 min suriyalı Ermənistanda sığınacaq tapıb. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar.

Suriya ermənilərinə pulsuz Ermənistan pasportları verilir
Suriya ermənilərinə pulsuz Ermənistan pasportları verilir

Xəbərdə deyilir ki, bunların əksəriyyəti 1915-ci ildə Osmanlı Türkiyəsində kütləvi qətl və deportasiyalara məruz qalanların nəvə-nəticələridir.

O vaxt deportasiya edilən ermənilərin əksəriyyəti Suriyanın Deyr əz-Zor regionunda məskunlaşmışdılar, indi isə düz bir əsrdən sonra yenidən qaçmağa məcbur olublar.

Xəbər verilir ki, Suriya erməniləri Yerevana Beyrut hava limanından uçurlar.

Münaqişədən əvvəl Suriyada 100 min erməninin yaşadığı məlum idi. Onlar Hələb, Kessab, Qamışlı, Kobane və Dəməşqsdə yaşayırdılar.

Pulsuz Ermənistan pasportu

Məlumatda bildirilir ki, Suriya miqrantlarının Ermənistana axını 2012-ci ildən başlanıb.

Ermənistanın Suriya, İraq və Livandakı konsulluqları ermənilərə pulsuz vətəndaşlıq və pasport verir

BBC müxbiri yazır ki, Suriya ermənilərini Ermənistana cəlb edən təkcə buranı “ana vətən” saymaları deyil, həm də rəsmi Yerevanın apardığı repatriasiya və məskunlaşdırma siyasətidir.

Suriya erməniləri barədə Ermənistan hökuməti “xüsusi tədbirlər proqramı” qəbul edib.

Bu proqrama uyğun olaraq Ermənistanın Suriya, İraq və Livandakı konsulluqları ermənilərə pulsuz vətəndaşlıq və pasport verir.

Yaxşı şərait

BBC yazır ki, Ermənistanda iqtisadiyyat ağır vəziyyətdə olsa da, gəlmələr üçün mümkün qədər yaxşı şərait yaradılır.

Ermənistan Diaspora Nazirliyi: Axın o qədər güclüdür ki, biz öhdəsindən zorla gəlirik

Üstəlik, Yeravan miqrant erməniləri məskunlaşdırmaq üçün beynəlxalq təşkilatların yardımına ümid edir.

“Axın o qədər güclüdür ki, biz öhdəsindən zorla gəlirik” – deyib Ermənistan Diaspora Nazirliyinin rəsmisi Firus Zakaryan BBC müxbirinə.

BBC bunu da xəbər verir ki, “Ermənistan şəhərlərində yerləşə bilməyənlər Azərbaycanın mübahisəli Dağlıq Qarabağ anklavında məskunlaşdırılırlar”.

XS
SM
MD
LG