Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:36

Azərbaycanın daha bir diplomat qalmaqalı - bu dəfə Hollandiyada


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

-

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin əməkdaşı Nahid Cəfərov tutduğu vəzifədən azad edilib.

AzNews.az xəbər verir ki, vəzifəsindən kənarlaşdırılandan sonra Nahid Cəfərov Bakıya - Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, «qiyamçı diplomat» Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır. İşdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

Amma hələlik Nahid Cəfərovun özünün bu hadisə ilə bağlı hər hansı açıqlaması yoxdur. AzadlıqRadiosu onunla əlaqə saxlamağa çalışır. Bu mövzuda əlavə məlumat olduqca, diqqətinizə çatdıracağıq.

«TƏZYİQLƏR DAYANMASA, SIĞINACAQ İSTƏYƏNLƏR ÇOX OLACAQ»

Nahid Cəfərovun vəzifədən uzaqlaşdırıldığını və sığınacaq istədiyini İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov da AzadlıqRadiosuna təsdiqləyib. O, Facebook səhifəsində yazıb ki, təzyiqlər dayanmasa, siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq.

«Siyasi sığınacaq almaq əslində xaricdə qalmaq arzusundan deyil, ailələrimizi qorumaq üçün atılan məcburi addımdır. Məqsədimiz demokratik Azərbaycan uğrunda işlərimizi müvəqqəti olaraq buradan davam etdirməkdir», - keçmiş səfir bildirib.

Arif Məmmədov yazır ki, Nahid Cəfərov Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Cenevrə Mərkəzinin məzunudur: «O, həddindən artıq savadlı, vətənpərvər, geniş dünyagörüşü olan gəncdir. Mən 2012 ildə XİN-nə dönərək Nahidlə tanış oldum və bu gəncdə olan zəkalıq və bacarıq məni valeh etdi. Məhz bu keyfiyyətlərinə görə Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda Qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq».

«XİN SİSTEMINDƏ BELƏ BİR ADAM İŞLƏMİR»

XİN mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.

«Xarici işlər naziri Elmar Məmmədyarovun KİV-ə 9 sentyabr 2015-ci il tarixli açıqlamasında bütün bu kimi məsələlərə münasibət bildirilib»,- açıqlamada qeyd olunur.

E.Məmmədyarov vurğulayıb ki, başqa dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də qanunu, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olanlara qarşı sərt intizam tədbirlərin görülür və bundan sonra da görüləcək.

XS
SM
MD
LG