Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:30

«Gənc Heydər Əliyevdən qorxurlar»


Heydər Əliyev
Heydər Əliyev

-

«Yeni Müsavat» qəzeti yazır ki, bunu parlamentin sentyabrın 14-dəki iclasında deputat Yevda Avramov deyib.

«Avropadakı anti-Azərbaycan qüvvələr gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Nədəncə gənc Heydər Əliyevdən qorxurlar. Çünki qorxurlar ki, 20 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür».

Yevda Avramov onu da deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr 2003-cü ildə prezident seçilən İlham Əliyevin 6, maksimum 11 aydan sonra hakimiyyətdən gedəcəyini proqnozlaşdırırmış.

«MƏNİ... ÖLDÜRƏ BİLƏRLƏR»

«Məni hər an həbs edə, öldürə bilərlər».

Bunu strateq.az saytına müsahibəsində AXCP sədri Əli Kərimli deyib.

«Hökumət başa düşür ki, mən həbsdə də onlara indikindən artıq başağrısı olaram. Ona görə də əgər bu qərarı indiyədək verə bilməyiblərsə, onu fikirləşirlər yəqin ki... Yoxsa başqa vaxt həbs nədir, öldürə də bilərlər. Amma onu da fikirləşirlər ki, öldürərlər, sonra da məsələ tribunallıq olar. Axı söhbət dünyanın tanıdığı adamdan gedir, prinsip etibarilə. Ona görə də özləri indi ölçüb-biçəcəklər. Mən həbs olunmamaq üçün heç nə eləmirəm, önəmli olan budur. Qərar artıq özlərinə bağlıdır».

Şahin Mustafayev
Şahin Mustafayev

DƏRMAN QİYMƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ MÜHÜM SOSİAL MƏSƏLƏDİR

Sentyabrın 15-dən bəzi dərman vasitələrinin yeni qiyməti qüvvəyə minib. Bununla əlaqədar «Azərbaycan» qəzeti Tarif Şurasının sədri Şahin Mustafayevlə müsahibə dərc edib.

Şahin Mustafayev deyib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış 4 min 500-dən çox adda dərman var.İndiyədək 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib:

«Tarif Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılıb. Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin qəbulu elan olunub».

Misir Mərdanov
Misir Mərdanov

KEÇMİŞ NAZİR PARLAMENTƏ GƏTİRİLİR

«Azadlıq» qəzeti yazır ki, keçmiş təhsil naziri Misir Mərdanov qarşıdakı parlament seçkilərində YAP-ın namizədi olacaq.

«Misir Mərdanova 16 saylı Yasamal II seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyini irəli sürmək təklif edilib. Sabiq nazir isə yalnız müvafiq razılıq olandan sonra seçkilərə qatıla biləcəyini deyib. Gözlənilir ki, YAP-ın yaxın günlərdə açıqlanacaq namizədlər siyahısında Misir Mərdanovun da adı olsun».

16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

XS
SM
MD
LG