Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

Mark Tven. Xoşbəxt olmağın 9 sirri


Mark Tven, "Tom Soyerin macəraları" kitabının üz qablğı
Mark Tven, "Tom Soyerin macəraları" kitabının üz qablğı

- Amerikalı yazıçı Mark Tven məşhur romanlar müəllifi olmaqla yanaşı, müəllim idi.

Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə, - Üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına rəğmən, müasirlərinin qeydlərinə görə, Tven yumor hissini itirməmişdi.

Bir dəfə onun öldüyü barədə şayiə yayılır və bu şayiələr Tvenin də qulağına çatır. Yazıçının tarixə düşmüş cavabı belə olur: “Bir qədər şişirdilib."

Mark Tvenin yazdığı xoşbəxt olmağın doqquz sirrini təqdim edirik.

Mark Twain
Mark Twain
1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.
Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə narahatlıqdan əziyyət çəkməli olacaqsız.
Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və həqiqətən arzuladığı hər şeyə nail ola bilər.
Özünüzü daxilən azad hiss etmirsizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək.
Azad olmağı bacarmalısız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin.
2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsüzsə, deməli, mövcud deyil.
Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik.
İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasız.
3. Gülüş – insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gəritə bilməz.
Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir. Gülüş xoş ovqatın rəhnidir. Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır.
Ovqatı xoş insan istənilən problemin həllinə daha yaxındır, nəinki ovqatı təlx biri.
4. Qəzəb – içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.
Qəzəb ilk növbədə bətnində yuva saldığı kəs üçün dağıdıcı, ən azından isə faydasızdır. Qəzəbli olarkən siz vəziyyət üzərində nəzarəti asanlıqla itirirsiz və bir çox səhv hərəkətlər, o cümlədən cinayətlər məhz qəzəbli vəziyyətdə törədilir.
Birinə qarşı daimi qəzəbiniz varsa, anlamalısız ki, bununla həmin adama deyil, elə özünüzə zərər yetirirsiniz. Ola bilsin, həmin adamın sizin qəzəbinizdən heç xəbəri yoxdur.
İndi baxın, belə qəzəb onamı, yoxsa sizin özünüzə ziyandır. Qəzəb duyduğunuz adam vaz keçiləcək biri deyilsə, münaqişəni ortadan qaldırmaq üçün ilk addımı ondan gözləməyin, bunu heç tərəddüdsüz özünüz edin.
Buna görə heç vaxt peşmançılıq duymayacaqsız, çünki bilirsiz, bu addımı məhz öz əsəblərinizi xilas etmək üçün atmısız. Gərəksiz qəzəbdən uzaq olmağı bacarmaq özü bir məsudluqdur.
5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Dünyanın sizə heç bir borcu yoxdur. O, sizdən əvvəl də mövcud idi.
Uşaqkən bizə lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bəzi adamlar yetkinlik yaşına çatdıqdan sonra da şüuraltı olaraq uşaqlıq gözləntilərini bir növdən saxlayırlar.
Onlara elə gəlir ki, ətrafdakılar onlar üçün nələrisə etməlidir. Bunun üçün özlərindən səbəblər də düşünüb tapırlar. Sanki hər nə istəsələr dünya bunu onlara verməyə borcludur.
Gözləntiləri doğrulmadıqda kimdəsə günah axtarır, küsür, depressiyaya düşürlər. Birdəfəlik qəbul etmək lazımdır ki, dünyada bir çox şeylər bizə aydın olmayan qaydalarla cərəyan edir, əgər görürsüzsə ki, nəsə siz istəyən kimi getmir, bunda kimisə günahlandırmağa gərək yoxdur.
Çalışın arzu etdiyiniz şeylərə öz əzminizlə nail olasız. Dünya indiyədək çox ədalətsizliklərə şahiddir, hesab etməyin ki, ən dəhşətli ədalətsizlik belə onun sonu ola bilər.
6. Yeni ideyalarla ortaya çıxan insanı bu ideyalar uğur qazanmayınca əcaib sayırlar.
Yeniliklər həmişə qorxuducudur. İnsanların yeni ideyalara göstərdiyi reaksiya sizi və ya sizin ideyalarınızı deyil, həmin adamların özlərini səciyyyələndirir.
Bu, onların daxili hissidir, həmin hiss sözlərində, hərəkətlərində və mühakimələrində ifadə olunur. Hətta ən qorxunc vəziyyətdə də onlar sizi gec-tez rahat buraxacaq və öz işlərinin başına qayıdacaqlar.
Buna görə vahiməyə düşməyin və lazım bildiyiniz işi görməkdən çəkinməyin. Bir çox görkəmli adamlar və yenilikçilər təcrid edildikdən xeyli sonra öz istəklərinə nail olmuş, haqq etdikləri dəyəri qazanmışlar.
7. Pessimizm – zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü sözcükdən başqa bir şey deyildir.
Sizin fərdi dünyanız diqqətinizin nələr üzərində cəmlənməsndən xeyli asılıdır. Siz problemlər içində itib-bata və özünüzü öz gözünüzdə əzabkeş və qurban kimi görə bilərsiz.
Amma diqqətinizi pozitiv şeylərə cəmləməklə qısa zamanda həyatınızın yaxşıya doğru dəyişdiyini hiss edəcəksiz.
Qeyri-iradi olaraq diqqətinizi problemlərə cəmləməklə siz yaxşıya doğru yolunuzu özünüz qapadırsız. Problemlər barədə düşüncələri bir az qovun ki, qəlbinizdə fərəh üçün yer açılsın.
8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.
Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək.
İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək.
9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüf çəkəcəksiz.
Buna görə də yelkənləri qaldırın və sakit limanı tərk edin. Yelkənləriniz üçün səmt küləyi seçin. Axtarın. Xəyallar qurun. Kəşflər edin.
Tərcümə etdi: Ruslan Köçərli
XS
SM
MD
LG