Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:24

«Əvvəlcə deyirdilər rəhbərlik məsləhət bilmir...»


MeydanTV-nin reportyoru, Şirin Abbasov
MeydanTV-nin reportyoru, Şirin Abbasov

-

Sentyabrın 21-də vəkil Elçin Sadıqov jurnalist Şirin Abbasovla görüşmək üçün DİN-in Mütəşəkkil Cinayətkarlığıa Qarşı Mübarizə İdarəsinə gedib. Vəkilə yenə jurnalistlə görüşə bilməyəcəyini deyiblər.

Bu haqda AzadlıqRadiosu-na Elçin Sadıqov məlumat verib.

«Əgər müdafiə etdyi şəxs vəkildən imtina edirsə, mütləq vəkil onunla görüşməlidir...»

Bundan əvvəl isə vəkilə jurnalistin ondan imtina etdiyini demişdilər. Elçin Sadıqov deyir ki, bu qanunsuzdur: «Əgər müdafiə etdyi şəxs vəkildən imtina edirsə, mütləq vəkil onunla görüşməlidir. İmtina vəkilin iştirakı ilə rəsmiləşdirilməlidir. Məni isə onunla görüşməyə qoymurlar. Ona görə də Şirin Abbasovun vəkiliyəm və görüş verilməsini gözləyirəm. Əvvəlcə deyirdilər ki, rəhbərlik görüşməyi məsləhət bilmir. Mən dəfələrlə israr edəndən sonrasa dedilər ki, Şirin səninlə görüşmək istəmir. Mən bunu onun özündən eşitməmişəm. Çox güman ki, ona heç görüş üçün gəldiyimi də deməyiblər. Bu qanunsuzluqdur».

Vəkil bu qanunsuzluğun aradan qaldırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət edib.

Meydan TV-nin əməkdaşı Şirin Abbasov sentybarın 16-da yoxa çıxmışdı. Az sonra onun DİN-in Mütəşəkkil Cinayətkarlığıa Qarşı Mübarizə İdarəsində saxlandığı məlum olmuşdu.

Polisə müqavimətdə ittiham olunan jurnalist 30 sutka həbslə cəzalandırılıb.

XS
SM
MD
LG