Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:46

Manat 4 il dözə biləcək?


Manat/dollar
Manat/dollar

-

Qarşıdakı 4 ildə - 2016-2017-2018 və 2019-cu illərdə Azərbaycan manatının ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi açıqlanıb. 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, 2016-cı ildə və qarşıdakı 3 ildə ölkədə milli valyutanın məzənnəsi dəyişməz qalacaq. Yəni, qarşıdakı 4 il boyunca 1 ABŞ dollarının 1.05 manat, 1 avronun isə 1.1332 manat səviyyəsində olacağı gözlənilir (APA).

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyənləşdirilib.

MANAT SINAQLARLA ÜZLƏŞƏCƏK

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, hökumətin qarşıdakı 4 il boyunca manatın məzənnəsini sabit saxlamaq niyyəti reallıqdan uzaqdır və özünün strateji planlarına da ziddir: «Hökumət bir tərəfdən qeyri-neft sektorunu irəlilətmək niyyətini bəyan edir, digər tərəfdən valyuta rejimini sərtləşdirir. Milli valyutamız dünya bazarlarında neftin qiymətinə bağlıdır. Neft ucuz olduqcamanat daim təzyiqlə üzləşəcək. Köklü proqnozlara görə, yaxın 1-2 ildə neftin əhəmiyyətli bahalaşması gözlənilmir. Deməli, manat bu dövrdə ciddi sınaqlarla üzləşəcək. Belə vəziyyətdə manatı uzun müddət indiki səviyyədə saxlamaq real görünmür. Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə azı iki dəfə azalıb və hazırda 7.3 milyard dollardır. Mərkəzi Bank ehtiyatlarının müəyyən həddədək əriməsinə imkan verəcək».

ÖLKƏDƏN GÜCLÜ KAPİTAL AXINI VAR

Samir Əliyev deyir ki, tədiyyə balansının təhlili ölkədən güclü kapital axını olduğunu, ölkəyə daxil olan kapitalın azaldığını göstərir: «Belə proseslərin fonunda, əvvəl-axır, manat ucuzlaşacaq: ya yumşaq, ya da sərt. Yaxın 4 ildə manatın məzənnəsinin sabit qalması proqnozu hökumətin üzən məzənnəyə keçid məramına da ziddir. Onsuz da üzən məzənnəyə keçid yaxın dövrlərdə real görünmür. Neft erası bitir və qeyri-neft sektorunun inkişafı zərurətə çevrilir. Onun inkişafı isə ixracın stimullaşdırılmasından keçir. Əsas ticarət tərəfdaşlarının valyutalarını ucuzlaşdırması qeyri-neft ixracını çətinləşdirir. Keyfiyyət rəqabətində uduzan mallarımız qiymət rəqabətində də uduzur. Düşünürəm ki, manatın məzənnəsini yaxın 4 ildə indiki səviyyədə saxlamaq mümkün olmayacaq və dünyada baş verən proseslərin fonunda milli valyutamız dəyərini itirməli olacaq».

XS
SM
MD
LG