Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:29

İt ilə birlikdə Dəməşqdən Avropaya...


Aslan və Gül.
Aslan və Gül.

-

Serbiyanın sərhədindəki xorvat kəndi Tovarnikə qədər gəlib çatan suriyalı Aslan-ı digər miqrantlardan fərqləndirən yanındakı Haski cinsindən olan itidir.

İtin adı Güldür. Suriyanın paytaxtı Dəməşqdən gələndən Aslan-ın yanındadır.

Aslan onunla birlikdə üç min kilometrədək yol qət etmiş sevimli iti üçün pasport da alıbmış.

ƏVVƏLCƏ TÜRKİYƏDƏN YUNANISTANA KEÇİBLƏR

Bir yerdə Türkiyədən Yunanıstana keçiblər. Almaniyaya doğru irəliləyən Aslan-la itinin görüntülərini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı «Facebook» hesabında paylaşıb. Görüntüləri milyonlarla adam izləyib.

Gül bir çox ölkədə polisin də sevimlisi olub. Bəzi ölkələrdə Gülü görən polislər basabasda iti və sahibini çıxardıb keçmək icazəsi verib. Bəzi yerlərdə isə sərhədi iti ilə keçmək istəyən Aslan üçün problemlər də yaranıb.

«ÇÜNKİ İTİMİ SEVİRƏM»

BMT-nin yaydığı videoda Aslanla qeydiyyat işi aparan şəxs arasında belə bir dialoq baş verib:

- Adamlar səndən soruşacaqlar ki, elə ancaq kiçik bir çantan var?

- Bəli.

- Ancaq itini yanında gətirirsən?

- Bəli.

- Niyə?

- Çünki itimi sevirəm!

XS
SM
MD
LG