Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:51

Həmsədrlərdən minaatanlarla bağlı bəyanat


Foto arxiv
Foto arxiv

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan ordusunun mülki şəxslərin yaşadığı ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etmələrindən dərin narahatdır.

Bu barədə ATƏT-in mətbuat xidmətinin sentyabrın 25-də yaydığı məlumatda bildirilir.

Həmsədrlər James Warlick, Jacques Faure vəIgor Popovun Nyu-Yorkda yaydıqları birgə bəyanatda xəbərdarlıq edilir ki, bu cür yolverilməz hərəkətlər münaqişənin yayılmasına səbəb ola bilər.

Onlar təmas xəttində hər iki tərəfdən itkilər olduğunu bildirib və ölənlərin ailələrinə başsağlığı veriblər: " Bu insidentlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu York görüşü ərəfəsində baş verməsindən təəssüf edirik. Hesab edirik ki, nazirlər münaqişənin dinc həlliylə bağlı ciddi danışıqlar aparacaqlar".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupyna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

-

“BMT Baş Assambleyasının sessiyası çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu-Yorkda danışıqlar aparıldığı dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan tərəfindən gərginləşdirilməsi təxribat xarakteri daşıyır.

Məqsəd danışıqlar prosesinin irəliləməsinə mane yaratmaqdır”.

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan ordusunun mövqelərinə atəş açaraq, cavab atəşi ilə öz mülki şəxslərini hədəf obyektinə çevirmək cəhdi kimi qeyri-insani taktika seçib. Terrorçulara xas olan, mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir”.deyə məlumatda bildirilir.

Hikmət Hacıyev bir daha bildirib ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davamıdır və belə halda vəziyyətin gərginləşməsinə görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Buna da bax: Əliavtomatlılar islamçı Tale Bağırzadəni saxladı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. O, “dinc sakinlərin ölümünə səbəb olan kobud atəşkəs pozuntusu” ilə bağlı hiddətini bildirib.

Nalbandyanın fikrincə,Azərbaycan mühüm regional səfərlər və yüksək səviyyəli görüşlər ərəfəsində qoşunların təmas xəttində gərginlik yaradır, bununla da danışıqlar prosesi və görüşlərin keçirilməsinin məqsəduyğunluğunu şübhə altına salmış olur.

«Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək».

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

«Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür». - bəyanatda vurğulanır.

Ermənistan bildirir ki, sentyabrın 24-də Azərbaycan tərəfdən açılan atəşlə həmsərhəd Tavuş rayonunun 3 kənd sakini öldürülüb, ikisi isə yaralanıb.

Buna da bax: Uşaqlara ən çox bu adlar qoyulur

Məlumatda həmçinin Azərbaycan tərəfindən də ölən və xəsarət alanlar olduğu bildirilir.

Amma Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatın doğru olmadığını bildirib.

Nazirlik sentyabrın 23-də Qazax rayonunun Kəmərli kəndində erməni tərəfinin açdığı atəş nəticəsində kənd sakini Esmira Dursunovanın yaralandığını və qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirir.

XS
SM
MD
LG