Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:47

Suriyalı qaçqınlar İstanbulda sənət mərkəzi açıblar


İstanbul küçəsində bir suriyalı qaçqın
İstanbul küçəsində bir suriyalı qaçqın

- Suriyadakı müharibədən hələ üç il əvvəl Türkiyəyə qaçan bir qrup suriyalı sənətkar müharibədən və siyasi çəkişmələrdən uzaqda demokratik bir sənət mərkəzi açıblar. Bu, İstanbulun Kadıköy ərazisində açdıqları Arthere” sənət mərkəzidir.

Mərkəzin emalatxanası, sərgi, nümayiş salonu və kafesi var. Türkiyədəki suriyalı sənətkarlar pul qazanmaq üçün bu kafedə işləyə bilərlər, nümayiş zalında öz əsərlərinə göstərə və sata bilərlər.

Burada həm rəsm, foto, həm teatr, həm də musiqi nümayişləri olur. Mərkəz sənətkarların bir-birlərinə dəstək olması üçün açılıb.

Türkiyədə bunu suriyalı qaçqınlara münasibətdə önyarğılara qarşı addım, İstanbulun multikural səhnəsinin daha da zənginləşməsi kimi qiymətləndirirlər.

Omar Berakdar, Öykü Doğan və Zolfaqar Shaarani bu mərkəzin təşəbbüskarlarıdır.

XS
SM
MD
LG