Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

İlham Əliyev: Azərbaycanı təxribata çəkirlər


İlham Əliyev Ağdamda - 2014.
İlham Əliyev Ağdamda - 2014.

-

«Dağlıq Qarabağ münaqişəsinin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir».

Bunu prezident İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Xəbəri president.az saytı yayıb.

Dövlət başçısı deyib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir.

İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini bildirib.

Təmas xəttində baş verən hadisələrə toxunan İlham Əliyev Ermənistanın Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu, beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib.

«Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin Azərbaycanla bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirdi», - məlumatda deyilir.

Herbert Salber isə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin, eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

XS
SM
MD
LG