Laçın Ticarət Mərkəzinin işçiləri oktyabrın 3-də, saat 15 radələrində “Xalqlar dostluğu” metrosunun yaxınlığında aksiya keçiriblər. Ticarət mərkəzinin qarşısına nə müştərilərin, nə də işçilərin maşınları buraxılmır. Etirazçılar qadağanın aradan qaldırılması tələbi ilə yolu bağlayıb.