Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:15

Tanınmış Azərbaycan rəssamı Lissabonda sərgilənəcək


Tahir Salahov
Tahir Salahov

-

Oktyabrın 8-də Lissabonda «Ənənə və müasirlik» Beynəlxalq İncəsənət Festivalı öz işinə başlayacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu il festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.

«Ənənə və müasirlik» Beynəlxalq İncəsənət Festivalı 2007-ci ildən «Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu»nun təşkilatçılığı ilə hər il keçirilir.

Dünyanın 40-dan çox ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər.

Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Lissabonda keçirilib.

Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir.

Azərbaycan bu festivalda 2009-cu ildə Fərman Qulamov, 2011-ci ildə Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssamla təmsil olunub.

Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələri ötən illərdə Azərbaycan üçün uğurlu olub.

Ölkə rəssamları müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüblər.

Builki «Ənənə və müasirlik» Beynəlxalq İncəsənət Festivalı oktyabrın 17-dək davam edəcək.

XS
SM
MD
LG