Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:46

Avropa Şurasının Azərbaycanla bağlı sərt qərarı


►Avropa Şurası Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxır.

Bu barədə Avropa Şurasının baş katibi Thorbjørn Jagland oktyabrın 7-də qurumun Nazirlər Komitəsinə məlumat verib.

2014-cü il oktyabrından Avropa Şurasının təmsilçisi Bakıda işçi qrupun iclaslarına qatılırdı. Məqsəd vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq idi.

“Bu təşəbbüsə baxmayaraq, ölkədə insan haqları sahəsində vəziyyət ümumilikdə pisləşib. Son vaxtlar daha çox insan haqları fəalı həbs olunub. Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb.” - Avropa Şurasının yaydığı açıqlamada deyilir.

Buna da bax: MTRŞ sədri «ANS-in sifəti»dən söz açdı

Məlumatda qeyd olunur ki, Baş Katib Nazirlər Komitəsindən öncə qərarı barədə Prezident İlham Əliyevə məlumat verib.

Həmin işçi qrup Thorbjørn Jagland-ın təşəbbüs ilə yaradılmışdı. Rəsmi adı İnsan Haqları üzrə Birgə İşçi qrup idi.

Hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumunun pisləşməsi barədə iradları qəbul etmir, fundamental azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG