Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:45

Ziya Məmmədovun səlahiyyətləri Ramil Usubova verildi


Nəqliyyat müfəttişliyi.
Nəqliyyat müfəttişliyi.

-

Artıq Nəqliyyat Nazirliyinin müfəttişləri avtomobillərdə sərnişin və yük daşımalarına nəzarət etməyəcək.

Hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna bildirib ki, prezidentin 14 oktyabr 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib:

«Nəqliyyat Nazirliyinin müfəttişləri lisenziyasız fəaliyyət göstərmə, taksi fəaliyyəti üçün lisenziya şərtlərinin və sərnişindaşıma qaydalarının pozulması, ağır yük maşınlarının icazə verilən həddən artıq yük daşıması və s. qayda pozuntuları baş verdikdə, sürücünü məsuliyyətə cəlb edirdilər. İndi bu səlahiyyət yol polisinə verilib».

«AMMA BƏZİ SƏLAHİYYƏTLƏR QALIR»

Hüquqşünas əlavə edir ki, fərmanda Nəqliyyat Nazirliyi müfəttişliyinin ləğvi göstərilməyib: «Qurumun hələ də bəzi səlahiyyətləri, məsələn, yol təsərrüfatına, avtobus sürücülərinin davranış qaydalarına riayət etməsinə nəzarət və s. səlahiyyətləri qalır».

Bundan əvvəl də Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri, nazirliyin nəzdindəki bəzi qurumlar ondan alınıb.

Nəqliyyat naziri Ziya Məmmədov bir aydan çoxdur ki, iş başında deyil. Nazirliyin mətbuat xidməti nazirin xaricdə məzuniyyətdə olduğunu deyir.

XS
SM
MD
LG