Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:54

«Pulları yoxdur ki, Bakıya gəlib bizə qoşulsunlar...»


Etiraz aksiyası
Etiraz aksiyası

-

«Azərinşaat»ın 5 aydır maaşlarını ala bilməyən fəhlələri aclıq aksiyasını davam etdirirlər.

Onların sözlərinə görə, dünən aclıq edən bir neçə işçinin səhhətində axşam saatlarında problem yaranıb.

Etirazçılardan Elməddin Ələkbərov AzadlıqRadiosuna maaşlarını almayınca «Azərinşaat»ın binasını tərk etməyəcəklərini deyir: «Pul ödənilməyənədək binanı tərk etməyəcəyik. Biz əziyyət çəkmişik, indi isə pulumuzu vermirlər. Müqavilədə 8 saat işləməli olduğumuz yazıldığı halda 12-16 saat işləmişik. Bəzən elə olub ki, 4 saat yatmışıq. Bu şirkət bizim əziyyətimiz hesabına qurulub. İndi niyə dağılmalıdır? Mindən çox fəhlənin 5 aydır maaşı verilmir. Əksəriyyəti rayonlarda yaşayır. Pulları yoxdur ki, Bakıya gəlib bizə qoşulsunlar. Hamının banka borcu var, kreditlərimizi qaytara bilmirik, hər gün zəng edib krediti tələb edirlər. Başqa yerdə işləyə bilmirik. Hamı əmək kitabçası tələb edir. Şirkətdən də bunu ala bilmirik. Deyirlər, möhür yoxdur».

«NEÇƏ GÜNDÜR BURADA QALIRIQ...»

«Azərinşaat»da 5 ildir operator çalışdığını deyən Faiq Hacıyevın sözlərinə görə, oktyabrın 29-da aclıq aksiyası keçirənlərin halı pisləşib: «Neçə gündür evə getmirik, burada qalırıq. Maaşımızı alanadək biz bu aksiyanı davam etdirəcəyik».

VƏD VAR: «NOYABRIN 3-DƏ MAAŞLAR VERİLƏCƏK...»

«Azərinşaat»ın texniki departamentin direktoru Hacı Rəcəb Heydərov AzadlıqRadiosuna maaşların noyabrın 3-də veriləcəyinin vəd olunduğunu deyib: «Mən maliyyə işinə baxmıram. Sadəcə, bir böyük kimi, bəzi maliyyə qurumlarıyla çalışırıq ki, problem həllini tapsın. «Azərinşaat»ın hazırkı vəziyyəti standartlara uyğun deyil. Rəhbərlik problemi var. «Azəryolservis»in rəhbərliyi tərəfindən söz verildi ki, işçilərin 4 aylıq əməkhaqqı ödəniləcək. Həftənin ikinci günü, yəni noyabrın 3-də maaşlar veriləcək».

XS
SM
MD
LG