Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:55

Pensiyaların müqayisəsi - keçmiş sovet ölkələrində


Illüstrasiya
Illüstrasiya

►Türkmənistanda təqaüdlər yaşayış minimumundan da aşağıdır. Estoniya təqaüdçüləri isə keçmiş SSRİ-inin ən böyük təqaüdlərini alırlar.

Bu ölkədə təqaüdlərin orta həcmi 328 avro (352 dollar) təşkil edir.

“Настоящее Время” resursu postsovet məkanında təqaüdçülərin necə yaşadığı və təqaüdə nə zaman çıxdığı barədə infoqrafika hazırlayıb:

İnforqrafikada göstərilir ki, Gürcüstan kişiləri təqaüdə postsovet məkanında hamıdan gec, 65 yaşında çıxırlar. Qadınlar arasında təqaüdə hamıdan gec çıxanlar isə latviyalılardır. Onların təqaüd yaşı 61-dir.

Türkmənistanda kişilər arasında orta ömür 61 il olsa da, dövlət onları yalnız 62 yaşında təqaüdə göndərir. Beləliklə, orta göstəricilərə görə, türkmən kişilər öz təqaüd yaşlarına qədər yaşamırlar. Ən aşağı təqaüdlər də Türkmənistandadır: 105 türkmən manatı (37 dollar). Bu məbləğin yaşayış minimumundan bir neçə dəfə aşağı olduğu bildirilir.

Buna da bax: Tbilisiyə yağış, Bakıya ah-nalə...

Orta Asiya regionunun ən yüksək təqaüdlərini isə Qazaxstan təqaüdçüləri alır. Bu ölkədə orta təqaüd 50,5 min tengeyə bərabərdir. Bu məbləğin dollar ekvivalenti 164 dolardır ki, bu da Rusiyadakı orta təqaüddən cəmi 3 dollar azdır.

Təqaüd yaşına çatandan sonra ən çox yaşayan isə Belarus qadınlarıdır.

Təqaüd yaşına çatandan sonra ən çox yaşayan isə Belarus qadınlarıdır. Orta statistik belaruslu qadın təqaüdə çıxandan sonra 23 il ömür sürür. Bu ölkənin qadınlarının orta ömrü 78 ildir ki, bu da keçmiş SSRİ məkanında ən yüksək göstəricidir.

Ukrayna hökuməti keçən il Rusiyanın ilhaq etdiiyi Krım, habelə separatçı Donetsk və Luqansk “Xalq Respublikalarında” təqaüd və sosial müavinətlərin verilməsini dayandırıb.

Həmin ərazilərdə qeydiyyatdan keçmiş təqaüdçülər Ukrayna hökumətindən təqaüdlərini ala bilmək üçün bu “respublikaların” ərazilərindən kənara çıxırlar. Bunu “pensiya turizmi” adlandırlanlar da var.

Kiyevin nəzarətində olan ərazilərdə isə təqaüdçülər orta hesabla 1581 qrivna alırlar ki, bu da 69 dollara bərabərdir.

Neft qiymətlərinin kəskin aşağı düşməsinin Rusiyanın büdcəsinə mənfi təsiri hökuməti büdcə xərclərinə qənaət etməyə vadar etdi və hökumət təqaüd yaşının yüksəldilməsi barədə danışmağa başladı.

Buna da bax: Ana oğlunun ailəsini evə buraxmır- [Məhkəmə]

Əgər bu baş verərsə Rusiya regionda ən yüksək pensiya yaşına görə rekordu qırmış olacaq.

Rəsmi məlumata görə, 2015-ci ilin 1 aprel tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edib.

Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin 1 aprelinə 174,4 manat olub.

Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasınınorta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyəgörə əmək pensiyasınınorta aylıq məbləği isə 131,2 manat təşkil edir.

XS
SM
MD
LG