Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

Ermənistan rayonları qaytarır?


Elxan Şahinoğlu
Elxan Şahinoğlu

►"Bako Saakyan Moskvada görüşdə iştirak edir, Azərbaycanın Xarici İşlər Nazirliyindən səs çıxmır"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın işğal etdiyi bəzi rayonları guya Azərbaycana qaytaracağı ilə bağlı söz-söhbətləri şərh edir:

- Nə qədər ki Dağlıq Qarabağ münaqişəsi var, torpaqlarımız işğal altındadır, Rusiya Azərbaycana təhlükə vəd edir. Rusiya Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsini tələb edə bilər ki, bu da bizim maraqlarımıza cavab vermir. Azərbaycan hakimiyyətində hansısa qruplar Rusiyaya meyllənmək istəyirsə, bu istək gerçəkləşməyəcək. Bütün hallarda Ermənistanın – işğalçı dövlətin strateji müttəfiqi Azərbaycanın müttəfiqi ola bilməz.

Elxan Şahinoğlunun sözlərinə görə​,

Ermənistanın Rusiyanın vasitəçiliyi ilə işğal altındakı bəzi rayonları Azərbaycana qaytarması niyyətinə işarə edən hər hansı əlamət görmür.

– Rusiyanın belə addım atacağını hələ ki, müşahidə etmirəm. Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya da, Yerevana da səfər etdi, yenə eyni şayiələr yayıldı. Ancaq bunun əlamətləri yoxdur. O biri tərəfdən separatçıların lideri Bako Saakyan Moskvada görüşdə iştirak edir, Azərbaycanın Xarici İşlər Nazirliyindən səs çıxmır. Və ya Lavrov Yerevanda deyir ki, AŞPA Qarabağ məsələsinə qarışmasın, Bakıdan reaksiya yoxdur. AŞPA Komitəsində Azərbaycanla bağlı ədalətli bir məruzə qəbul edilib, torpaqların boşaldılması, qaçqınların geri qaytarılması tələb olunur. Və Lavrov da açıqca buna etiraz edir ki, AŞPA işə qarışmasın. Amma görün bizim XİN bununla bağlı açıqlama verirmi? Sözümün canı odur ki, müşahidə edilən yalnız Azərbaycanın Rusiyadan ehtiyatlanmasıdır.

Buna da bax: Hökumət deyir, əhalinin gəlirləri artıb...

XS
SM
MD
LG