Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:22

Putin-in yanlışlar dərsliyi


Vladimir Putin
Vladimir Putin

-

Vladimir Putin-i dünyanın ən nüfuzlu siyasətçisi sayan «Forbes» jurnalı yazır ki, Krımın ələ keçirilməsindən və Ukraynada savaş başlanmasından bəri tətbiq edilən beynəlxalq sanksiyalar rublu dəyərsizləşdirib, Rusiyada geriləməni dərinləşdirsə də Putin-ə ziyan vurmayıb. Axıiyun ayında onun reytinqi tarixi zirvəsinə yüksələrək, 89 faiz olub.

Oktyabrda Suriyanı bombalatmağa başlayan və Bashar Assad-la görüşən Putin, beləcə, ABŞ-la NATO-nun regionda zəif görünməsinə və Rusiya xarici təsirinin güclənməsinə nail oldu.

Di gəl, Putin-in bu qətiyyətli addımları özündən ötrü arzulanmaz sonuclar doğurur: Krım işıqsız qalıb, Suriyadakı əməliyyat da Türkiyə sərhədində rus təyyarəsinin vurulması ilə nəticələnib. İki ölkə arasında münasibətlərsə kəskinləşib.

Almaniyada George Marshall adına Strateji Araşdırmalar Mərkəzinin fəxri professoru Alexander Garin-in fikrincə, Putin çağdaş dünyanın necə qurulduğunu anlamır:

​«Tarix və ya strategiyadan dərs deyirsinizsə, onun son illərdəki hər hansı davranışı əsl səhvlər dərsliyidir! ...Onun xarici siyasət strategiyalarına baxsaq, Rusiyanın bütün perimetri boyunca dostlarınyoxa çıxdığını görərik. Soyuq savaş sonu qazanılmış bütün dividentlər... indi sıfırlanıb. (Ardı aşağıda)

Rusiya-Türkiyə mübahisəsi. Azərbaycan hansı mövqedə olsun?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Nəhayət, Suriyaya gəlincə, Putin-in oraya vətəndaş müharibəsi şəraitində «məndən ötrü önəmli odur ki, rəhbər haqlıdır, mən də rəhbərin tərəfindəyəm» prinsipi ilə soxulması, üstəlik, bu təməldə «İslam Dövləti»nə qarşı koalisiya quracağını deməsi və s. o qədər bəsitdir ki, əks reaksiya doğurmaya bilməz».

BU ADAM MƏNTIQƏ DÖZÜMSÜZDÜR

Ekspert düşünür ki, Putin-in davranışı onu sözlərinə güvəniləcək bir şəxs kimi tanıtmır və o özü-özü ilə ziddiyyətdə olan dövlət başçısı təsiri bağışlayır:

«Onunla etimad əsasında danışmağın mənası yoxdur, axı bu adam məntiqə dözümsüzdür. Həmsöhbətiniz dünəndediyini bu gün danırsa,siz onu diqqətə alarsınız, amma... artıq başqa əsaslarla. Bu arada onun qazandığı düşmənlər bəlli məntiq prinsiplərlə davranmağa başlayır və öz aralarında danışığa girirlər».

Putin pul xəttini tutub. Stalin-in öz mühəndis mütəxəssisləri olduğu kimi, onun yaxşı maliyyəçiləri var. O, təsəvvüründəki kapitalizmi öz dostları vasitəsilə nəzarətdə saxlayır...

Alexander Garin-in fikrincə, Putin kapitalizmi «pul hər şeyi çözər», «demokratiya pərdədir», «dostlara sərmayə» kimi yozur və bu, sovet təhsilindən qaynaqlanır:

«O üzdən Putin pul xəttini tutub. Stalin-in öz mühəndis mütəxəssisləri olduğu kimi, onun yaxşı maliyyəçiləri var. O, təsəvvüründəki kapitalizmi öz dostları vasitəsilə nəzarətdə saxlayır... İntellektual kapitalın olmaması onu geriyə sürükləyir. O, XIX əsri bərpa edir – «pravoslavlıq, mütləqiyyət, xalqçılıq», «suveren demokratiya», «bizimkilər», «Allahın qoyduğu rəhbər» (və bu səbəbdən onu tənqid etmək olmaz), Üçüncü Aleksandra aid olan, Nikita Mikhalkov-un tez-tez təkrarladığı «ordu və donanma Rusiyanın yeganə dostlarıdır» deyimi – bunların hamısı köhnə zamanlara qayıdışdır.

Beləliklə, qarşımızda İkinci Dünya savaşından sonrakı Qərb və geriyə, Kipling dövrünə qayıtmış Putin Rusiyası var. Eyni məkanda fərqli mədəni zamanlarla üz-üzəyik.

Rusiya XIX əsr təkamülünün, qismən faşist rejimlərinin, qismən də XIX əsrin «Realpolitik»inin səhvlərini təkrarlayır». («Realpolitik» – «real siyasət» – dövlət xəttinin təməli kimi hər hansı ideologiyadan imtinanı nəzərdə tutur. Ludwig von Rochau-nun təklif etdiyi anlayışa uyğun şəkildə belə siyasəti Bismarck düşünərək-gerçəkləşdirib – red.)

Rusiya XIX əsr təkamülünün, qismən faşist rejimlərinin, qismən də XIX əsrin «Realpolitik»inin səhvlərini təkrarlayır

PUTIN ÖZÜNÜN BAŞQA REALLIĞINDA YAŞAYIR

Alim Putin rejimini Almaniya və İtaliyadakı populist faşizm rejimləri ilə müqayisə edir:

«Putin şüşə qabdan hər hansı məsuliyyətli liderin qorxacağı sayda cin buraxıb. ...Axı çoxmillətli ölkədə necə «Naşi» («Bizimkilər») adında hərəkat yaratmaq olardı?!».

Garin-in fikrincə, idealların olmaması şəraitində... Putin özünün başqa reallığında yaşayır. O düşünür ki, Ukraynanın çətin vaxtında Krımı ondan oğurlamaq və heç nəyin dəyişməyəcəyini düşünmək olmaz. Krımın daxilindəki Putin siyasəti ona gətirib çıxarır ki, təqib olunan tatarlar tarixi himayəçiləri Türkiyəyə üz tuturlar: «Türkiyə isə buna cavab verməyə bilməz. O, Putin-in Suriya türkmanlarını bombalamasına, onları ... «İslam dövləti» tərəfdarı adlandırmasına da cavab verməyə bilməz... Çünki qaçqınlar Türkiyəyə qaçır və bu ölkədə olmazın sayda qaçqın toplaşıb!..

Yaxın Şərqdən qaçqınlar haraya qaçırlar? Almaniyaya və İsveçə. Dövlət bax belə olmalıdır. Xristianlıq olduğuna görə yox, oranı güclü şəxsiyyətlərin idarə etməsinə görə yox, ona görə ki, orada elementar dürüstlük var! Belə dövlət və belə institutlar qurmaq lazımdır».

Mədəni kapitalı bu səviyyədə olan insan siyasətə girişəndə vəziyyət qorxulu olur. Nəticə faciəvidir!

PUTIN-Ə GÖRƏ, ASSAD ƏLEYHDARLARININ HAMISI TERRORÇUDUR

Garin-in müşahidəsinə görə, Putin və Qərb dövlətləri Suriyaya baxarkən, iki tam fərqli dünya görürlər: «Nə müəmmadırsa, Putin-ə görə hamı razılaşmalıdır ki, Assad əleyhdarlarının hamısı terrorçudur. Ancaq bu, reallığa o dərəcədə ziddir ki, ...bu ehtimala söykənmək mümkünsüzdür. Putin İD-ni vurmaq istəyirsə, buyurub-vursun, amma müxalifəti vurmasın... Hərdən elə olur ki, adamlar daha öz rəhbərləri ilə yaşaya bilmirlər. Ancaq «KQB» təhsili və Putin-in «KQB»dənqalma dostları deyirlər ki, pis Amerikadır hər yerdə inqilabları qızışdıran, əslində, adamlar öz hakimiyyətlərini sevirlər. Putin düşünür ki, bax, məsələn, Suriya xalqı düzgün xalqdır və Assad-ı sevir. Amma bunun üzərində heç bir hərəkəti qurmaq olmaz».

Professor Garin deyir ki, Putin Assad və İranın tərəfini saxlamaqla, əslində, Yaxın Şərqdə şiələrin tərəfini tutmuş olur. Sünnilər, yəni Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə və başqaları isə şiələrə qarşıdır. Çünki onlar şiəliyin yayılmasını qəbul etmirlər və bu, çoxəsrlik düşmənçilikdir.

Alexander Garin İkinci Dünya müharibəsindən sonra Qərbin bəzi yaxşı prinsipləri əxz etməsinə diqqət çəkir. Onun fikrincə, Putin bu prinsipləri pozub və Rusiya prezidenti idealların olmadığını düşünür. Oscar Wilde-ın təbirincə desək, sinik hər şeyin qiymətini bilən, amma özünün dəyəri olmayan insandır: «Putin görür ki, özünün nəzarət etdiyi televiziyada adamlara sata bildiyi, «Assad yaxşı rəhbərdir, ona qarşı olan hər kəs terrorçudur» kimi nağılları dünyaya sata bilmir. Bu nağılları sata bilmirsə, deməli, həmin nağıllardan yavaş-yavaş uzaqlaşa bilər. Mərhələlər nədən ibarət olacaq? Bəli, seçki keçirilməlidir. Bəli, seçkidən sonra Assad-ın hakimiyyətdə qalması vacib deyil. Belə-belə, o, hər dəfə bir az geri çəkilə bilər... Mədəni kapitalı bu səviyyədə olan insan siyasətə girişəndə vəziyyət qorxulu olur. Nəticə faciəvidir! Rusiyayla gözəl münasibətdə olan Gürcüstan düşmənə çevrildi. Bütün Baltik ölkələri də eləcə. Belarus və Qazaxıstan məsafə saxlayır. Ukrayna barədə isə danışmağa dəyməz...».

XS
SM
MD
LG