Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

Neftçilərin axtarışına əlavə 4 helikopter qoşulub


"Yanğın baş verən zaman platfomada iş getmirdi"
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

"Yanğın baş verən zaman platfomada iş getmirdi"

►Mütəxəssislər yanğın baş vermiş platformaya çıxıblar

6 helikopter itənləri axtarır

«Günəşli» yatağında itkin düşmüş 26 neftçinin axtarışına dekabrın 8-də əlavə 4 helikopter də qoşulub. Bundan əlavə Sərhəd Mühafizə Xidmətinin 2 helikopteri və 5 gəmisi də axtarışlara cəlb olunub.

Bu haqda dekabrın 8-də keçirilən mətbuat konfransında «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

Onun dediyinə görə, hazırda Neft Daşlarında axtarışlar üç istiqamətdə gedir. Ərazidə iki dalğıc qrupu işləyir. Su altına xüsusi aparatlar da buraxılıb. Axtarış bu aparatlarla da keçirilir.

«Yanğının söndürülməsi ilə bağlı hazırda tərtibatımızı meydançanın üzərində yerləşdirmişik. Tikinti-quraşdırma idarəsinin işçiləri o tərtibatın birləşdirilməsi işini davam etdirirlər. Böyük ehtimalla bu axşama kimi yekunlaşacaq».

Baş mühəndis deyib ki, platformadakı yanğının söndürülməsi gecə-gündüz davam edir.

7 dekabr 2015

“Günəşli” yatağında baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 7-nin cəsədi aşkar edilərək sahilə çıxarılıb və sahiblərinə verilib".

Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov dekabrın 7-də operativ qərargahda keçirilən brifinqdə deyib: “Saat 20:00-a olan məlumata görə, hazırda yanğınla mübarizəyə 7 gəmi cəlb edilib. Bundan başqa mütəxəssislər özülün üstünə qalxıb və hazırda iş davam etdirilir. Meydançada olan və digər sahələrə təhlükə törədə bilən avadanlıqlar çıxarılaraq gəmiyə yığılıb”.

Balamirzə Ağarəhimov bildirib ki, yanğınla bağlı Dövlət komissiyasının da iclası olub və iclasda xilasetmə, itkin düşənlərin axtarışı və qəza ilə bağlı tədbirlər müzakirə olunub. Qərəra alınıb ki, bütün zəruri tədbirlər operativ şəkildə görülüb, amma küləkli hava və partlayışın ani olmasına görə alov bütün platformanı bürüyüb. Buna baxmayaraq özülün rəhbərliyi və işçi heyət təhlüksizlik tədbirlərini lazımı şəkilədə həyata keçirib”.

Balamirzə Ağarəhimovun sözlərinə görə, ümumilikdə 33 nəfər köçürülüb, 7 nəfərin cəsədi aşkar edilərək sahiblərinə verilib, qalan 23 nəfərin axtarışıvə yanğının söndürülməsi istiqamətində tədbirlər isə hazırda davam etdirilir.

O tapılan meyitlərin dekabrın 8-də torpağa tapşırılacağını bildirib.

Balamirzə Ağarəhimov bildirib ki, hökumət komissiyasının iclasında qəza nəticəsində zərər çəkənlər və həlak olanların ailələrinə maddi və digər yardımlar göstərilməsi, xəsarət alanların müalicəsi və s məsələlər müzakirə olunub.

Balamirzə Ağarəhimov digər platformalar və SOCAR-a aid olan bütün sahələrdə təhlükəsizliyin tam təmin edildiyini və bütün təhlükəsizlik texnikasına yüksək səviyyədə riayət olunduğunu bildirib.

--

“Günəşli” yatağının 65-70 kilometrliyində meyiti tapılan daha 4 neftçinin şəxsiyyəti müəyyən edilib.

APA-nın məlumatına görə, bunlar Samir Mayılov, Fəxrəddin Quliyev, Habil İsgəndərov və Mikayıl Babayevdir.

Ümumilikdə dekabrın 7-də dənizdən 6 meyit tapılıb.

Onlardan ikisi, Fuad TağıyevləAğa Mahmudovun şəxsiyyətləri isə bundan əvvəl müəyyən edilmişdi.

--

Ən son məlumatlar yazının əvvəlinə qoyulur

”İşçilər həmin vaxt işləsəydilər, daha çox itki verə bilərdik”

“Yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Bununla əlaqədar sahəyə əlavə qüvvələr cəlb olunub. Yanğının lokallaşdırılması üçün işlər görülür. İstər “Günəşli”yatağında, istərsə “Neft Daşları”nda vertolyotlar, gəmilər, dalğıc qurupları öz işlərini davam etdirirlər”.

"Günəşli" yatağında baş verən qəza ilə bağlı brifinqdə "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov belə deyib.

O, Fövqalədə Hallar Nazirliyinə məxsus vertolyotun 2 nəfərin cəsədini Xətai rayon morquna təhvil verdiyini də bildirib. Tanınma mərhələsindən sonra ölənlərin Fuad Tahir oğlu Tağıyev və Ağa Nicat oğlu Mahmudov olduğu üzə çıxıb. Baş mühəndis daha 4 cansız bədəni daşıyan digər vertolyotun meyitləri Sabunçu rayon morquna təhvil verəcəyini söyləyib. Tanınma proseduru da oarada olacaq. Deyilənlərdən başqa daha 2 vertolyot “Günəşli” yatağında iş başındadır. Fövqəladə Hallar Nazirliyi əlavə 1 vertolyot da “Günəşli” yatağına göndərib.

“2-ci dalğıc qrupu işə qoşulub”

Axtarışlara digər dövlətlərin də qoşulması məsələsinə gəlincə, baş mühəndis cəsədlərin daha uzaq məsafələrdə dəniz üzünə çıxmasını inandırıcı saymadığını bildirib. Bu ehtimalı son faktlar da təsdiqləyir, çünki meyitlər yanğın baş verən ərazidən təxminən 25 kilometr uzaqda tapılıb.

B. Ağarəhimov Sualtı İşlərlə əlaqədər Diaqnostika İdarəsinin “Neft Daşları”nda ikinci dalğıc qrupunu da işə qoşduğunu deyib. Artıq 501 saylı meydança başdan-başa araşdırılıb və digər sahələrdə axtarış aparılır. Xüsusi avadanlıqdan yararlanmaqla, 10 saylı özülün çevrəsində də axtarışlar davam edir. Bu yerdə dənizin çox dərin olduğundan işlər xüsusi qurğularla gerçəkləşdirilir.

Baş mühəndis bildirib ki, dekabrın 9-da havaların pisləşəcəyi proqnozlaşdırıldığından axtarışların əsas hissə bu gün (7 dekabr) və sabah aparılacaq:

“Küləyin sürətinin nə qədər olacağını bildiyimizə görə, dekabrın 3-də bütün yerləri məlumatlandırmışdıq. Küləyin sürəti artandan sonra platformalarda heç bir iş görülmür. Belə hava şəraitində işlərin dayandırılması işçilərin əmək məcəlləsində də qeyd olunur. Amma istənilən şəraitdə axtarış işlərini davam etdirəcəyik. Əlavə gəmi göndərilməsi də planlaşdırılır”.

“İndi o tədbirlər planı üzrə iş gedir”

B. Ağarəhimov təhlükəsizlik qaydalarının pozulmasına da toxunaraq bildirib ki, səhərki müşavirədən sonra platformadakı yanğının söndürülməsi barədə tədbirlər planı hazırlanıb:

“İndi o tədbirlər planı üzrə iş gedir. Hər platformanın öz rəhbəri var. Orada hər hansı hadisə baş verən zaman platformanın “qəza ləğvetmə qrupu” həmin rəhbərin iştirakı ilə müşavirəyə başlayır. Bu yanğın da ola bilər, başqa qəza hadisəsi də. Hadisənin vəziyyətindən asılı olaraq, onlar qərar qəbul edirlər. Elə yanğınlar olur ki, öz gücləri ilə söndürə bilirlər. Çünki həmin qrupun içərisində ilkin yardım qrupundan tutmuş, insanların evakuasiya olunması qrupunadək müxtəlif qruplar olur. Yanğının həcmi genişlənərsə, oradakı qrupların heç bir işi nəticə verməzsə, o zaman insanları təxliyyə etmək komandası verilir”.

“Onların heç biri həmin gün işləmirdi”

Neftçilərin qayıqlara minməyib, platformanın yanmayan hisssində qalmasına gəlincə, B. Ağarəhimov deyib ki, onlar iş olmadığından qəza vaxtı platformanın yaşayış hissəsində olublar:

”Onların heç biri həmin gün işləmirdi. İşləsəydilər, partlayış anında insanları meydançanın üzərində itirərdik. Hesab edirik ki, özül rəhbərinin verdiyi qərar vəziyyətin analizindən sonra verilir. Həmin vaxt işçilər işləsəydilər, daha çox itki verə bilərdik. Bu da göstərir ki, düzgün qərar verilib”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, qəza ARDNŞ-in investisiya reytinqini aşağı salacaq:

""Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza şirkətin beynəlxalq reytinqinə təsirsiz ötüşməyəcək. ARDNŞ-in reytinqinin pisləşməsi onun kredit cəlb etmə imkanlarını məhdudlaşdıracaq, maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək".

6 cəsəd tapıldı

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb.

Saat 16:00-da bununla bağlı brifinq keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dekabrın 7-də saat 13:20 radələrində qəzanın baş vermiş özüldən 65-70 km aralıda helikopterlər 6 nəfərin cəsədini aşkar edib və cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Onlardan Fuad Tağıyev və Ağa Mahmudovun cəsədləri sahilə çatdırılaraq aidiyatı yerə verilib.

Qalan 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

--

SOCAR rəsmisi təxribata inanmır.

“Faciə baş verən platformada iş davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün bütün imkanlara əl atır. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşənlərin axtarışı da davam etdirilir".

APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.

O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verməsi barədə məlumatlara da münasibət bildirib, bunun təxribat olmasına inanmadığını deyib.

Rəhman Qurbanov bildirib ki,dövlət komissiyası araşdırma aparır və nətəcələr barədə ictimaiyyətə məlumat verəcək.

Dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində həmin vaxt platformada olan 63 nəfərdən 2-si həlak olub, 29 nəfər itkin düşüb.

İtkin düşənlər üçün "hərəyə bir qərənfil"
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00

XS
SM
MD
LG