Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:55

Əliyevin «analoqsuz» əfvi


İlham Əliyev
İlham Əliyev

-

«Azadlıq» qəzeti yazır ki, dünənki əfvə bircə siyasi məhbusun belə adını salmamaqla hakimiyyət Qərblə qarşıdurmanı dərinləşdirmək yolunu tutdu.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən israrla siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Hətta ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə sanksiyalar məsələsini gündəmə gətirib. Komissiyanın Konqresə təqdim etdiyi layihədə siyasi məhbusların buraxılması əsas şərt kimi irəli sürülüb. Gözləntilər həm də bununla bağlı idi».

AXCP sədri Əli Kərimli bildirir ki, əfv sərəncamı ilə manatın taleyi arasında ciddi əlaqə var: «Manatın can üstündə olması yalnız iqtisadi faktorlarla bağlı deyil. Manat həm də ona görə sürətlə ucuzlaşır ki, ölkədən irimiqyaslı kapital axını var. Ölkədən kapital axını hər zaman olub. Bəs son zamanlar kapital axını niyə belə sürətlənib? Aydındır ki, ölkədə böyük pullar bu rejim mənsublarının özündədir. Pulu da ölkədən onlar çıxarır. Pulu ona görə belə sürətlə çıxarırlar ki, xüsusən sanksiya söhbətindən sonra hökumətin nazirləri də (onlar həm də nəhəng oliqarxlardır) bu hakimiyyətin siyasi perspektivinin olmadığını anlayıblar. Hər halda həyatda gözübağlı yaşamırlar və başa düşürlər ki, ABŞ-la «sanksiya müharibəsi»ndə bu çürük rejimin qalib gəlmək şansı yoxdur».

«Şahdağ» Turizm Mərkəzi
«Şahdağ» Turizm Mərkəzi

YENİ İL ŞƏNLİYİ NEÇƏYƏ BAŞA GƏLİR?

«Bizim Yol» qəzeti yazır ki, Yeni il qabağı turizm məkanları fərqli qiymətlər və xidmətlər təklif edir.

Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşən «Palma» İstirahət Mərkəzində 1nəfərin gecələməsi 100 manata başa gələcək. Lerik rayonundakı «Relax» İstirahət Mərkəzində də Yeni il gecəsinin qiyməti 100 manat olacaq.

«Şahdağ» Turizm Mərkəzindən bildirildi ki, dekabrın 31-dən yanvarın 4-nə qədər otellərdə boş yer yoxdur. Yeni il üçün bütün hazırlıqlar gedib. Otellərdə qeydiyyat bitib. Həmin günlərdə iki nəfər «Şahdağ»da bir gün qalması üçün 245 manat ödəməlidir. İsmayıllı rayonunun Lahıc kəndindəki «Qaya» İstirahət Mərkəzindən bildirildi ki, oteldə bir nəfərin gecələməsi üçün 30 manat lazımdır.

Yeni ili keçirmək üçün ən çox müraciət olunan ölkələr sırasında Türkiyə və Gürcüstan gəlir. Ən populyar istiqamətlərdən biri də Dubaydır. Dubayı görənlər isə Avropa və Tailandla (hazırda orada turizm mövsümüdür) maraqlanırlar.

Bakıda valyutadəyişmə məntəqəsində növbə.
Bakıda valyutadəyişmə məntəqəsində növbə.

BAKIDA «DOLLAR ETİRAZI»

virtualaz.org saytı yazır ki, dünən axşam Bakıdakı valyutadəyişmə məntəqələrinin qarşısında insanların toplanması-izdiham müşahidə olunub.

Toplaşanlar əllərində olan milli valyutanı dollara dəyişmək istəyirdilər, amma məntəqələrdə onlara Mərkəzi Bankın qoyduğu limiti əsas gətirərək dollar satmaqdan imtina edirdilər.

«28 May» küçəsindəki məntəqələrin əksəriyyəti bağlanıb.

Mövcud vəziyyətdən narazı qalanların isə artıq etiraz səsləri eşidilir: «Dollar, dollar!».

ÇƏTİNLİKLƏR ONLARI DƏF ETMƏYİ BACARANLARIN QARŞISINDA GERİ ÇƏKİLİR

«Azərbaycan» qəzeti yazır ki, neftin qiymətinin düşməsi və manatın ucuzlaşmasının əsas səbəbi Qərblə Rusiya arasındakı soyuq qarşıdurmanın getdikcə qızışması ilə bağlıdır.

«İndiki vəziyyətdə biz nə etməliyik» sualına cavab olaraq qəzet yazır: «Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən hər bir Azərbaycan vətəndaşı artıq heç kimə boyun əymədən, heç kimin «saqqalının» altından keçmədən öz işini quracaq. Dövlət başçısı rüşvətin yığışdırılmasını, sahibkarlıq fəaliyyətindəki neqativ halların aradan qaldırılmasını bütün sərtliyi ilə tələb edirsə, biz də onun arxasınca getməli, onu dəstəkləməliyik».

XS
SM
MD
LG