Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

Əhməd bəy Ağaoğlu. Biz söz pəhləvanıyıq


Əhməd bəy Ağaoğlu
Əhməd bəy Ağaoğlu

-

"Heç yerdə, heç birimizdə zərrəcə təşəbbüskarlıq yox, heç yerdə, heç birimizdə heç bir orijinal ideya yox, heç yerdə heç birimizdə heç bir cəsarətli fikir yoxdur, heç bir ülvi duyğu təzahür etmir."

Əhməd bəy Ağaooğlu

Sözlər, sözlər!

...Bəli, sözlər, sözlər!

Biz müsəlmanlar sözdə hamını geridə qoyarıq, dildə bizim tayımız-bərabərimiz yoxdur. Biz gəlişigözəl sözlər danışmağı, əla sağlıqlar deməyi, özümüzü maarifin, mədəniyyətin əsil tərəfdarları kimi qələmə verməyi bacarırıq.

Əhməd bəy Ağaoğlu. Kitab
Əhməd bəy Ağaoğlu. Kitab

Amma bu sözləri əməli işdə sübuta yetirmək lazım gələndə biz çətin və mürəkkəb bir məsələ qarşısında özünü itirərək, çaşıb qalmış balaca uşaqlara oxşayırıq. Biz dinməzcə başımızı aşağı salıb ümidsiz halda əlimizi yellədirik.

Heç yerdə, heç birimizdə zərrəcə təşəbbüskarlıq yox, heç yerdə, heç birimizdə heç bir orijinal ideya yox, heç yerdə heç birimizdə heç bir cəsarətli fikir yoxdur, heç bir ülvi duyğu təzahür etmir.

Hamı elə hey vurnuxur, onlar eyni, əzbərlənmiş ibarələri, haradasa oxuduqları fikirləri təkrarlayaraq sanki hipnoz edilmiş kimi davranırlar.

“Mədəniyyət, maarif, nadanlığın aradan qaldırılması” və bizim əl-qolumuzu buxovlayan, bizi azadlığa çıxmağa qoymayan bu cür ibarələr sanki bizi tilsimləmişdir.

Biz bu cür əzbərlənmiş söz və fikirləri təkrarlamaqla özümüzdən məmnun qalırıq. Guya doğrudan da nə isə mühüm bir iş görmüş, zülmətdən sivilizasiya işığına çıxmışıq. Guya daha heç bir borcumuz qalmayıb.

Bunlar bizim psixologiyamıza xas olan cəhətlərdir və əlbəttə, bu barədə mübahisə etməyə dəyməz....

“Kaspi” qəzeti, 18 yanvar 1905-ci il, №13

XS
SM
MD
LG