Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:39

İpoteka şərtləri sadələşdirilir, məbləği artırılır


Samir Şərifov
Samir Şərifov

-

«İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq».

APA-nın məlumatın görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: «İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə daxilində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin».

S.Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: «Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb».

XS
SM
MD
LG