Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:30

İlham Əliyev məqalə yazıb


İlham Əliyev
İlham Əliyev

-

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan prezidenti İlham Əliyevin «Azərbaycan iqtisadiyyatının gələcəyi» mövzusunda məqaləsi yerləşdirilib.

AZƏRTAC-ın təqdim etdiyi məqalədə prezident yazır ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum qorumağa çalışır:

«Azərbaycan bütün istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir».

NİKBİN ƏSASLAR YOXDUR

İlham Əliyev neftin qiymətinin düşməsinin Azərbaycana təsirlərinə də toxunub:

«Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşüb. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalıb, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir».

İNFLYASİYANI ƏN AŞAĞI HƏDDƏ SAXLAMAQ

Prezident hökumətin görəcəyi işləri də açıqlayıb:

«İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq».

İlham Əliyevin məqaləsi «Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir», sözləri ilə bitir.

XS
SM
MD
LG