Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:50

Nazir: "1 milyon 500 min iş yeri yaradılıb"


Şahin Mustafayev
Şahin Mustafayev

►Şahin Mustafayev deyir, sahibkarlara verilən kreditlər minlərlə iş yerinin açılmasına kömək edib

“Azərbaycanda iqtisadiyyata 20 milyard dollar investisiya qoyulub. 2004-2015-ci illərdə 1,5 milyona yaxın yeni iş yeri, 27-dək sənaye müəssisəsi yaradılıb”.

Bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev bu qurumda keçirilən kollegiya toplantısında söyləyib.

Nazirin açıqladığı rəqəmlərə görə, dünyadakı qlobal böhran fonunda ötən il Azərbaycanda ümumi daxili məhsul artıb. Habelə qeyri-neft sektorunda 1,1, sənayedə 2,4, qeyri-neft sənayesində 8,4, kənd təsərrüfatında 6,6, əhalinin gəlirində 5,7, orta aylıq əmək haqqı da isə 4,5 faiz artım var.

Nazir deyib ki, ötən il Sahibkarlığa Kömək Milli Fondu 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verib. Həmin kreditlərlə 12600-dək yeni iş yerinin açılması təmin olunub. 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyinin daha da gücləndirilməsi, ötən ilkindən daha çox güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Nazir həmçinin, Neftçala Sənaye Məhəlləsinin, Balaxanı, Qaradağ Sənaye Parklarının qurulması və inkişafı ilə bağlı işlərin davam etdirildiyini söyləyib.

Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG