Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:02

Vəkilin «sirli iş»nin üstü açıldı


Dollar
Dollar

-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib.

«Report»un yaydığı xəbərə görə, həmin vəzifədə olan şəxs 2015-ci il noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı deyilir. Həmin şəxs bu vəsait əvəzində vətəndaşa rayon icra başçısının müavini vəzifəsi vədini verib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, keçmiş aparat rəhbərinin 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov onların yanında olub. Söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevralın 7-də komitə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi şəkildə müraciət edib:

«Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa, müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib», - E.Səfərov əlavə edib.

Yada salaq ki, vəkil Adəm Məmmədov mətbuata «hay-külü məhkəmə prosesi» olacağı anonsu verib. O, ad çəkmədən bir şəxsdən icra başçısının müavini təyin olunacağı adı ilə 170 min dollar alındığını bildirirdi. Vəkil deyirdi ki, rüşvət alan şəxs sədri xanım olan bir dövlət komitəsinin aparat rəhbəridir.

Ancaq komitənin keçmiş aparat rəhbərinin bu iddialara nə cavab verdiyi hələ ki, ictimaiyyətə bəlli deyil.

XS
SM
MD
LG