Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:20

Araz Əzimovun Suriya açıqlaması müxalifətin təpkisinə səbəb olub


İlham Əliyev
İlham Əliyev

-

«ƏMİNƏM Kİ, 2016-CI İL ÖLKƏMİZ ÜÇÜN UĞURLU OLACAQ»

Rəsmi qəzetlər və president.az saytı dövlət başçısı İlham Əliyevin Tovuz rayonuna səfərinə geniş yer ayırıb:

«Su olan yerdə, kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin».

president.az saytı bunu dövlət başçısı İlham Əliyevin Tovuzçay su anbarının açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyini bildirir. İ.Əliyev kənd təsərrüfatının inkişafı, iş yerlərinin açılması və yerli istehsalın yaradılması arasında əlaqədən danışıb. Dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün Taxtakörpü və Şəmkirçay su anbarları layihəsinin icra edildiyini vurğulayıb. Dövlətin bu sahəyə investisiya qoymaqla bir neçə məqsəd güddüyünü vurğulayıb.

«İlk növbədə, bunlar su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün çox önəmli layihələrdir. Su təhlükəsizliyi məsələləri burada öz həllini tapır. Bu da Azərbaycan kimi xarici su mənbələrindən daha çox asılı olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik. Eyni zamanda, kənd təsərrüfatının sürətli inkişafı bundan sonra da təmin olunacaq» - deyə İ.Əliyev layihənin çoxtərəfli mahiyyətə malik olmasını izah edib.

Prezidentin sözlərincə, 2015-ci ildə kənd təsərrüfatı 6 faiz artıb, bu il daha da sürətlə artacaq.

Dövlət başçısı yerli istehsalın güclənməsinin vacibliyini vurğulayıb.

«Yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmalıyıq. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur», - deyə prezident qeyd edib.

Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacağına dair əminliyini ifadə edib:

Araz Əzimov
Araz Əzimov

«Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq».

«NAZİR MÜAVİNİNİN SURİYA AÇIQLAMASI ARANI QARIŞDIRDI»

«Yeni Müsavat» qəzetində belə yazılır. Qəzet xarici işlər nazirinin müavini Araz Əzimovun bu günlərdə xarici mediaya verdiyi müsahibədə Suriya rəhbəri Bashar al-Assad ilə bağlı dediyi fikirlərə münasibətləri təqdim edib. Yada salaq ki, diplomat müsahibəsində Suriya münaqişəsi ilə bağlı belə fikirlər səsləndirmişdi:

«Bashar al-Assad prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Assad-ın varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik».

«Yeni Müsavat» bu fikirlərə Müsavat Partiyasının başqanı Arif Hacılının münasibətini təqdim edib: «Bu çıxış ölkədən didərgin salınan milyonlarla insana, faciələr yaşayan türkmənlərə həqarətdir».

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bunu hakimiyyətin Rusiyaya bağlı olmasının göstəricisi sayıb.

VƏKİLLƏR HEÇ ÖZ HÜQUQLARINI MÜDAFİƏ EDƏ BİLMİRLƏR

«Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər».

Bu fikir isə «Azadlıq» qəzetində dərc edilən bir məqalədəndir.

Məqalədə vəkil Yalçın İmanovla bağlı baş verən məsələlərdən bəhs edilir. Yazıda qeyd edilir ki, AXCP sədrinin müşaviri Məmməd İbrahimin məhkəmə prosesində vəkil hakim və müstəntiqin məsələlərə formal yanaşdığını deyib. Buna səbəb kimi də vəsatətlərinin qəbul edilməməsini göstərib. Hakim Turqay Hüseynov bunu məhkəməyə hörmətsizik sayaraq Y.İmanovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı Vəkillər Kollegiyasına müraciət edib:

Yalçın İmanov
Yalçın İmanov

«Cəmiyyətdə olan naqislikləri tənqid edən şəxslərə qarşı hakimiyyətin repressiya aparatı həmişə işə düşür»-deyə Milli Şuranın Koordinasiya Şurasını üzvü. ədliyyə generalı Vidaidi Mirkamal bu məsələyə münasibət ifadə edib. V.Mirkamal Y.İmanova bu münasibəti hüquqi nihilizm adlandırıb. Buna qədər bir sıra vəkillərə belə təzyiqlər olmasını qeyd edib:

«Kollegiya rəhbərliyi repressiya aparatının bir hissəsidir. Təəssüf ki, Azərbaycanda vəkillər institutunu bu vəziyyətə qoyublar. Vəkillər nəinki müdafiə etdiyi şəxslərin, heç öz hüquqlarını belə müdafiə edə bilmirlər».
Bu məsələyə qəzetdə vəkilin həmkarları da münasibət bildirib.

«Hakimiyyət vəkillik institutundan gələ biləcək təhlükənin qarşısını almaq üçün tədbirlər görür»- deyə vəkil Qurban Məmmədov mövqeyini ifadə edib. Q.Məmmədovun fikrincə, hakimin Vəkillər Kollegiyasına müraciəti Yalçın İmanov qarşısında hüquqi cəhətdən aciz qalmasının nəticəsidir. O deyir ki, bu, müstəqil vəkillərə qarşı vaxtilə başladılan prosesin davamıdır.

NATO KÖMƏK ETMƏYƏCƏK

«Novoye Vremya» qəzetində müəllif Rövşən Vəliyev NATO elçisi James Appathurai-ın Bakı səfərinə qiymət verib.

Müəllif iddia edir ki, NATO-nu Qarabağın xilası yox, daha çox Əfqanıstan məsələsində Azərbaycanın dəstəyi maraqlandırır:

«Nə Vaşinqton, nə Paris, nə NATO bu problemin hərbi və ya sülh yolu ilə həllində Azərbaycana şərait yaratmaqda maraqlı olub. Sual edilir ki, əgər biz bundan heç bir uduş əldə etmiriksə, o zaman NATO-nun müxtəlif əməliyyatlarında niyə iştirakçı olmalıyıq?».

XS
SM
MD
LG