Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Camaat acdır, diktator dəbdəbəli ad günü keçirir


Mugabenin 92 yaşı. Diktator arvadı və qızı ilə.
Mugabenin 92 yaşı. Diktator arvadı və qızı ilə.

►Ölkə quraqlıq və səfalətdən əziyyət çəkdiyi vaxt Mugabe 92-ci ad gününü böyük təntənə ilə qeyd edib

Zimbabve prezidenti Robert Mugabe özünün 92-ci ad gününü böyük təntənə ilə qeyd edib. Onun ölkəsinin yerləşdiyi region hazırda quraqlıq və qida qıtlığı ilə üz-üzədir. 2,5 milyon zimbabveli bu aclıq və quraqlıqdan əziyyət çəkir.

CNN yazır ki, Mugabenin builki ad günü onun şərəfinə verilmiş partilər, paradlar və konsertlərlə birlikdə 800000 dollara başa gəlib.

Bundan cəmi bir neçə həftə əvvəl Mugabe ölkənin quraqlığa məruz qalmış bir neçə kəndinin ərazisində "fövqəladə vəziyyət" elan edib.

Dünya Bankı bildirir ki, Zimbabve əhalisinin 72%-dən çoxu yoxsulluq içində yaşayır. Əhalinin beşdə biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Xatırladaq ki, hazırda Dünya Bankı yoxsulluq həddi kimi günə 1,25 dollar qazancı nəzərdə tutur.

Mərasimlərin ölkənin aclıq və quraqlıqdan ən çox əziyyət çəkən ərazilərindən biri olan Masvinqoda keçirilməsi tənqidçiləri daha da qəzəbləndirib.

Ad günü mərazimlərində çıxış edən Mugabe qida çatışmazlığını etiraf edib.

"Biz xalqımızı yedirmək üçün əlimizdən gələni edirik... Biz əlbəttə ki, bu problemin öhdəsindən gələcəyik," - Mugabe deyib.

Ancaq o həm də əlavə edib ki, xaricdən yardımı eynicinsli nikahlara qarşı mövqeyini dəyişmək bahasına qəbul etməyəcək: "Əgər yardım bizim gey nikahlarını qəbul etməyimiz prinsipi ilə veriləcəksə qoy o yardım elə olduğu yerdə qalsın. O, çürük yardımdır, iyrənc yardımdır," deyə yerli Harald qəzeti Mugavedən sitat gətirib.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Zimbabvenin ilk qaradərili prezidenti olan Robert Mugabe artıq 36 ildir ki, hakimiyyətdədir. Keçən ilin sentyabrında qoca diktator parlament qarşısında çıxış edərkən, səhvən, bir ay əvvəl oxumuş olduğu nitqi yenidən oxuyub.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Mugabe radikal torpaq paylama islahatına başlayandan sonra ölkədə ağır iqtisadi böhran başlandı. Ölkə ən sadə istehlak mallarının qıtlığı ilə üzləşdi.

Mugabe büdcə pullarından sui-istifadə etdyinə görə tənqid olunan yeganə Afrika lideri deyil. Belə ki, qonşu Cənubi Afrika Respublikasında məhkəmə prezident Jacob Zuma-nın öz şəxsi evlərindən birinin təmirinə xərclədiyi 15 milyon dollar həcmində büdcə maliyyəsini geri qaytarmalı olub-olmadığını müəyyən etməyə çalışır.

XS
SM
MD
LG