Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:48

AŞPA prezidenti İlqar Məmmədovla görüşdü


-

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt ReAl hərəkatının həbsdəki sədri İlqar Məmmədovla görüşüb.

Bu haqda AŞPA prezidenti rəsmi Twitter səhifəsində xəbər verib.

Pedro Aqramunt öz səhifəsində İlqar Məmmədovla görüşdüyünü, onun işinin həll edilməsi üçün çalışmaların davam etdyini bildirib.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib. (Ardı aşağıda)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG