Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:20

Avropa Məhkəməsi Rəsul Cəfərova görə cərimə kəsdi


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Martın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlayıb.

AİHM-in qərarına görə, milli məhkəmələr Rəsul Cəfərovun Avropa Konvensiyasının 5.1, 5.3, 5.4 -cü maddələri ilə azadlıq və toxunulmazlıq hüququnu pozublar. Hüquq müdafiəçisinin məhkəmə araşdırmasını ağlabatan müddətdə aparmaq, məhkəməyədək azad edilmək və həbsin qanuniliyi hüquqları da pozulub.

Məhkəmə Rəsul Cəfərova münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulduğunu da tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Rəsul Cəfərova dəymiş zərərə görə 25 min, hüquq məsrəflərinə görə isə 7 min 448 avro ödəməlidir. Onun haqqında yerli məhkəmələrin qərarları da ləğv edilib yenidən araşdırılmalıdır.

Rəsul Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il ona 6 il 6 aylıq həbs cəzası kəsib.

Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Beynəlxalq təşkilatlar Rəsul Cəfərovu vicdan məhbusu kimi tanıyıblar.

XS
SM
MD
LG