Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:01

Ayaqları işləmir, əlləri isə yaradır- [Fotolar]


►Asif ağaclara nəfəs verdikcə həyata daha çox bağlanır

Onunku bir usta bıçağıdır, bir taxta... Sonrasını özü bilir. Yonur, kəsir, düzəldir... Bir də görürsən, kiçik musiqi alətləri – saz, tar, nağara, qaval, kaman, gitara, skripka artıq hazırdır. Daha sonra yapışdıracaq, rəngləyəcək, sim qoyacaq, bəzək-düzək vuracaq...

Asif Qasımov 5 il öncə əlilə çevrilib. Üç il əvvələ qədər evdən bayıra çıxmırmış. Birinci qrup əlil olduğundan heç nəylə məşğul ola bilmirmiş. Ancaq iki övladı xilaskarına çevrilib.

Deyir, onlardan güc almağa başlayıb. Əlil olandan 3 il sonra avarçəkmə, 2 il sonra isə oyma sənəti ilə məşğul olmağa başlayıb. Oyma sənətini əlillərin 1 saylı peşə realibitasiya mərkəzində öyrənib.

Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

“Üç il öncə yataq vəziyyətindəydim. Ya gərək o yataqda qalıb uşaqlarımın gözləri qarşısında əriyib yox olaydım, ya da qalxaydım. Çox ağır günlər idi. Uşaqlar mənə dəstək oldu, qalxdım. İdmanla məşğul oldum. Sonra da oyma sənətini öyrəndim”.

Taxtalara can verdikcə, özü də ümidlənib

Suvenir kimi satışa çıxarılan bu musiqi alətlərinə can verdiksə, Asif özü də ümidlənib. Bir də görüb artıq bu sənətə əməlli-başlı yiyələnib. Musiqi alətində çalmasa da, deyir, onları hazırladıqca beynində hərəsinin öz musiqisini çalır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Asifin emalatxanası yoxdur. Qaradağ rayonunda, Sahil qəsəbəsindəki bir binanın 9-cu mərtəbəsinin iki otağı həm evi, həm də emalatxanasıdır. Düzəltdikləri satış məqsədli olsa da, artıq belə satış yerləri də daralıb. Boya, alətlər baha, emalatxanası, ya da kirayə götürə biləcəyi bir dükanı olmadığından Asif hazırladıqlarını ancaq satış- sərgilərə çıxara bilir. Belə sərgilər də çox olmur:

“Daimi satış yerim olmadığı üçün bunları qoyub sata bilmirəm. Yenə dostlar-tanışlar sağ olsun, arada dəyərləndirirlər...”

Hazırladıqlarlını imkansızlara hədiyyə edir

Suvenir kimi hazırladığı kiçik musiqi alətlərini 3-4 manata satır. Taxta üzərində oymalar, fırça yerinə işlətdiyi bıçaqla “çəkdiyi” əsərlər isə daha bahadır – 80-200 manat. Ancaq Asif imkanı olmayana öz işlərini hədiyyə də edir. Alətlərinin ona baha başa gəlməsinə baxmayaraq:

“Alətlər çox bahadır. Özü də sırf əllə işləyirəm. Sərgidə görürəm ki, yaşlı insandır, baxır, almaq istəyir, ancaq imkanı yoxdur. Onda ona hədiyyə edirəm. Başqalarının ala bilməsi üçün çox vaxt aşağı qiymətə də satıram”.

Kötüyün üstündə balta, ağac qələmlər, taxta evciklər, Bakı, Şuşa... Bunlar Asifin son ərsəyə gətirdikləri, taxtaya yeni nəfəs verərək yaratdığı əsərləridir. Ayaqları işləmir. Ancaq əlləri yaradır. Əlləri ilə həm ağacları yonub yontalayıb, can verir, həm də avar çəkir. Deyir, əlləri işləyəndə ayaqlarını da, gəzə bilmədiyini də unudur...

Buna da bax: Brüsseldəki partlayışdan az sonra

Brüssel hava limanı partlayışdan az sonra
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

XS
SM
MD
LG