Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:05

«KapitalBank» divident müjdəsi verir, Beynəlxalq Bank susur


«KapitalBank»
«KapitalBank»

-

Bank sektorunun ölüm-qalım mücadiləsi verdiyi bir zamanda ölkənin ən geniş istifadəçi şəbəkəsinə malik «KapitalBank» səhmdarlarını ötən ilin nəticələrinə görə divident bölüşdürməyə çağırıb.

Bankın mətbuatda açıqladığına görə, səhmdarlar mayın 18-də həm ötən ilin maliyyə nəticələrini müzakirə edəcək, həm də mənfəətdən divident alacaqlar.

Dövlətə məxsus «BUSBank»ın çevrilib özəlləşdirilməsi ilə yaradılan «KapitalBank» divident siyasətini 2014-cü ildən dəyişib. Əvvəlki illər də nəzərə alınmaqla, həmin il qazancın bir hissəsi sərmayə artımına yönəldilib və yerdə qalanı səhmdarlara ödənib. Ötən il səhmdarların 66 milyon manata yaxın qazancı olub.

QƏRAR VAR, İCRA YOX

Bankın maliyyə hesabatına görə, 2015-ci ildə xalis mənfəət 86 milyon manata çatıb. Başqa sözlə, mənfəət tam şəkildə divident kimi bölünsə, hər səhmə, ən azı, 5 manat ödənəcək.

«KapitalBank» ASC «Paşa Holdinq» Şirkətlər Qrupuna daxildir. Bankın səhmlərinin 99.87 faizi bu holdinqin mülkiyyətindədir. Qrupa Arzu və Leyla Əliyevalar nəzarət edirlər.

Aktivlərinin və kapitalının həcminə görə Azərbaycanın birinci bankı olan «Azərbaycan Beynəlxalq Bankı» ASC isə ötən ilin maliyyə nəticələrini açıqlamağa tələsmir. Bank bu ilin fevralında nizamnamə kapitalını 500 milyon manat artırmaq barədə qərar çıxarsa da, həminqərar hələ də kağız üzərində qalır.

XS
SM
MD
LG