Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:43

Dollar kreditinə ilk qadağa


►Aprelin 5-dən xarici valyutada istehlak kreditlərinin verilməsi 1 ay müddətinə dayandırılıb

Dollar kreditləri ilə bağlı ilk rəsmi addım atılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının qərarı ilə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən 1 ay müddətinə dayandırılıb. Bu müddətin uzadılması hüququnu Palata özündə saxlayır.

İki devalvasiyadan qaynaqlanan dollarla kreditlər problemi aktuallığını qoruyur. İndiyədək bununla bağlı, əsasən, 2 təklif müzakirə edilib: valyutada krediti olanlara güzəştlər və kreditlərin verilməsinə məhdudiyyətlər.

Maliyyə Nazirliyi və Mərkəzi Bank (MB) rəhbərliyi güzəştin maliyyə intizamını pozacağını bildirib. Dollar kreditlərinə məhdudiyyətlərə gəlincə, belə təcrübə xarici ölkələrdə də var. Məsələn, ən son fevralın 28-də Qırğızıstanda kommersiya bankları və digər maliyyə qurumlarının ipoteka və istehlak kreditlərini xarici valyutada vermək yasaqlanıb.

“Mahiyyətcə doğru olsa da...”

Palatanın sözügedən qərarı yeni qurumun bank sektoru ilə bağlı ilk addımı sayıla bilər. İş etikası baxımından adının açıqlanmasını istəməyən hüquqşünasın fikrincə, mahiyyətcə doğru olan bu qərarın hüquqi baxımdan yalnışları var:

“Bu barədə normativ xarakterli akt qəbul etməli və qeydiyyata aldırmalı idi. Bu addımın qanunun hansı maddəsinə söykəndiyi də bildirilməliydi”.

Bütün bunlarla bərabər, qərarın iqtisadi baxımdan yetərli olub-olmayacağı da sual doğurur.

“Bu qərara, hələlik, haqq qazandırıram”

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı ekspert Nazim Məmmədov bu qərarı iqtisadiyyatı dollarsızlaşdırmağa və manatı gücləndirməyə yönəlmiş inzibati addım sayır:

“İndiki durumda bu qərarı müvəqqəti haqq qazandırıram, çünki başqa alternativ olsa da, onun tez effekt verməsi mümkün deyil. İqtisadiyyat inhisarsızlaşmalı, bank və digər kredit təşkilatlarının ucuz maliyyə resurslarına çıxışı təmin olunmalı, real sektora ünvanlı dəstək göstərilməli, məmur biznesdən kənarlaşdırılmalıdır”.

Real sektora ucuz maliyyə resursları

Ekspertin qənaətincə, uzunmüddətli və dayanıqlı inkişafa yol açan belə addımlar və dolların kursu iqtisadiyyata təsir etməz:

“Ancaq yaxın bir neçə aya bunun effekti istədiyimiz səviyyəyə çatmaz. MB-yə, kommersiya banklarına tövsiyəm odur ki, real sektora ucuz maliyyə resursları ayırmaq haqqında düşünsünlər. Bu baş verərsə, iqtisadi fəallıq artar, idxaldan asılılıq azalar. Banklar hökumətlə birgə tədbirlər hazırlamalı, sahibkarlığa maneələr tam aradan qaldırılmalıdır”.

“Manatla əmanətlər dollara indekslənməlidir”

Vwqar Bayramov
Vwqar Bayramov

İqtisadçı-alim Vüqar Bayramov da dollar kreditinə məhdudiyyəti dəstəkləyir:

“Xarici valyutada kreditləri tam ləğv etmək inandırıcı görünməsə də, onu məhdudlaşdırmaq olar. Bu, bankların valyuta öhdəliklərindən asılı məsələdir. Əslində, banklar dollarla verilən kreditləri yığmağa çalışacaqlar”.

Ekspertin fikrincə, məhdudiyyət uzanarsa, MB banklara milli valyutada mərkəzləşdirilmiş kreditlər təklif etməlidir:

“Bu zaman bankların manatla cəlb etdiyi vəsaitin həcmi artacaq. Eyni zamanda manatla əmanətlərin dollara indeksasiyası olmalıdır ki, vətəndaşlar əmanətlərini manatla saxlasınlar. İndeksasiya nəticəsində depozitlər manatla saxlanılsa və MB yardım etsə, o zaman bank da manatla kredit verə bilər”.

Buna da bax: Cəbhə xəbərləri. Media peşəkar davrandımı?

Cəbhə xəbərləri. Media peşəkar davrandımı?
Gözlə

No media source currently available

0:00 0:17:42 0:00

XS
SM
MD
LG