Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:59

Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir


Dönməz Məmmədov
Dönməz Məmmədov

-

«Mən haqlarımın bərpası üçün Tbilisiyə gəlib burada aclıq aksiyasına başlamışam».

Bunu işadamı Dönməz Məmmədov AzadlıqRadiosuna deyib.

Onun bildirməsinə görə, aprelin 11-də Tbilisiyə gəlib. Oradan da dövlət başçısı İlham Əliyevə və baş prokuror Zakir Qaralova teleqram ünvanlayıb: «Mən teleqramımda da yazdım ki, əgər 2-3 günə nəticə olmasa, özümü Azərbaycanın Gürcüstan səfirliyi önündə yandıracağam».

D.Məmmədov bu addımı atmasına səbəb kimi sahibkarlıq fəaliyyətinə edilən maneçilikləri göstərir. Onun deməsinə görə, keçmiş Milli Təhlükəsizlik və Nəqliyyat nazirliklərinin əməkdaşları ondan rüşvət tələb ediblər: «Mənim tələbimlə hələ keçən il cinayət işi qaldırılıb. Amma bir ildir ki, hər hansı nəticə yoxdur. Nə həbs olunan var, nə də cinayət məsuliyyətinə cəlb edilən. Ara yerdə məni süründürürlər».

Sahibkar qeyd edib ki, 2001-2002-ci illərdə 501, 509 saylı Sumqayıt-Bakı nəqliyyat marşrutunu açıb. Amma ona normal fəaliyyət göstərməyə imkan verməyiblər.

D.Məmmədovun sözlərinə görə, hazırda sahibi olduğu marşrutu bir neçə yerə parçalayıblar: «Elə bir şərait yaradıblar ki, indiki halda işləməkdən işləməmək sərfəli görünür».

D.Məmmədov deyir ki, bütün sənədləri qaydasında ola-ola ondan rüşvət tələb edirdilər. Bununla bağlı neçə dəfə marşrutları dayandırmağa məcbur olub: «Son olaraq bu il fevralın 5-də Nəqliyyat Nazirliyinin yanındakı körpüyə çıxaraq özümü yandırmaq istədim. Buna da polislə, nazirlik əməkdaşları mane oldular».

D.Məmmədov qeyd edir ki, artıq səbri qalmayıb.

Sahibkarın özünü yandırmasının qarşısı alındı…
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Sahibkar bu il fevralın 5-də Nəqliyyat Nazirliyi (Tbilisi prospekti) yanındakı körpüyə çıxaraq özünü yandırmaq istədiyini bildirmişdi. Amma polislər bunun qarşısını almışdı.

Nəqliyyat Nazirliyi isə həmin vaxt işadamının ittihamlarını əsassız saymışdı. Nazirliyin açıqlamasına görə, Qarabağ veteranı D.Məmmədov onlara müraciət edərək başqa bir sahibkara məxsus 505 nömrəli marşrutun «Binə» Ticarət Mərkəzindən keçməsinə qadağa qoyulmasını istəyib: «Dönməz Məmmədova məxsus olan 509 nömrəli marşrut xətti ilə başqa bir sahibkara məxsus olan 505 nömrəli marşrut xətti, sadəcə, «Binə» Ticarət Mərkəzində 500 metrlik yolda kəsişir. Ona görə də sahibkarın tələbi qəbul edilməyib», - deyə nazirlik bildirirdi.

Nazirliyin bildirməsinə görə, sahibkarın onlardan narazılığının kökündə də həmin məsələ durur.

XS
SM
MD
LG