Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:36

İlham Əliyevin ABŞ səfəri və «Podesta Group»


İlham Əliyev və John Kerry
İlham Əliyev və John Kerry

-

Prezident İlham Əliyevin bu yaxınlarda Vaşinqtona səfəri zamanı dövlət katibi və ABŞ-ın digər liderləri Azərbaycanda hüquq və azadlıqların boğulması faktlarını açıq tənqid etməyiblər.

«Turan»ın xəbərinə görə, bu arada Bakı maksimum əlverişli atmosfer yaratmaq məqsədilə lobbi qruplarından istifadə edib. İki müxtəlif mənbə «Turan»ın müxbirinə bildirib ki, lobbiçilər John Kerry və İlham Əliyevin görüşünün təşkilindən ötrü çox səy göstərib.

İ.Əliyevin səfəri Nüvə Təhlükəsizliyi Sammitində iştirakla bağlı olsa da, Azərbaycan səfirliyi və Amerikanın aparıcı «Podesta Group» şirkəti arasındakı sövdələşmə buna kömək edib.

Xəbər verildiyi kimi, bu lobbi qrupu Azərbaycan hakimiyyətinin Vaşinqtonda bəzi nüfuzlu şəxslərə çıxışına zəmanət verir. Həmin xidmətlərin qiyməti ayda 50 min ABŞ dollarıdır.

İ.Əliyevin Vaşinqtona səfərindən sonra Azərbaycan səfirliyi «əlavə xidmət»ə görə «Podesta Group» ilə 70 min dollar həcmində yeni müqavilə imzalamağa tələsib.

Dövlət Departamentinin materiallarına görə, lobbiçilər 2016-cı il aprelin 6-dan iyulun sonunadək əlavə xidmətləri yerinə yetirməlidir.

«Podesta Group»un nümayəndələri xəbərləri şərh etməkdən imtina ediblər.

«Podesta Group»un rəhbərləri Tony və John Podesta qardaşlarıdır. T.Podesta Hillary Clinton-un prezident kampaniyasının iştirakçısı, J.Podesta isə prezident Barack Obama-nın keçmiş müşaviri, Hillary Clinton-un seçki kampaniyasının rəhbəridir.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube səhifəsindən izləyin:

Əli Kərimli Azərbaycandan nə istəyir? Özü cavab verir

XS
SM
MD
LG