Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:49

“Dedim, getməyəcəm, elə burda, qapıda doğacam”


İllüstrasiya
İllüstrasiya

►Şəki sakini: "Doğuş stolundan düşəndə təmizlik işinə baxan qadın dedi ki, “çıx, stolu özün təmizlə”

“Pulum yoxdu deyə, doğum evinin qapısından içəri buraxmırdılar”

“Gedirdim xəstəxanaya, pulum yoxdur deyə, qəbul eləmirdilər. Yalandan deyirdilər, “hələ vaxta var”, məni geri qaytarırdılar. Aprelin 5-də yenə getdim. Deyirəm, “suyum gedib, uşaq gəlir, sancıdan dayana bilmirəm”. Həkimlər məni içəri buraxmaq istəmədilər. Aşağılayıcı sözlər dedilər, təhqir elədilər. Yenə geri qaytarmaq istədilər, mən də dedim, “getməyəcəm, elə burda qapıda doğacam”. Ondan sonra məcbur olub məni xəstəxanaya qəbul etdilər. Ancaq o qədər kobud, aşağılayıcı davrandılar ki… Doğmağıma da peşman oldum”.

Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Bunu deyən Aytac Əhmədova Şəki sakini ilə ailə quraraq İmişlidən həmin rayona köçüb. Aprelin 6-da Şəki rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ikinci övladını – oğlunu dünyaya gətirib. Ancaq deməsinə görə, xəstəxana həkimlərinə pul vermədiyi üçün onu xəstəxanaya qəbul etmək istəmirlərmiş. Bu azmış kimi, ana olmağa hazırlaşan gənc gəlinlə kobud və təhqiredici formada davranırlarmış:

“Ondan bir həftə əvvəl də xəstəxanaya getmişdim. Çünki doğuş vaxtımı bilirdim. Ancaq yoldaşımın pulu olmadığına görə məni qəbul etməmişdilər. Mən də yoldaşımla Şəkinin icra hakimiyyətinə getdik. Dedik ki, “pulumuz yoxdur, xəstəxananın qapısından içəri buraxmırlar”. İcra hakimiyyətindən zəng vurub Məcid həkimə tapşırdılar ki, məni qəbul etsinlər. Məcid həkimin tapşırığından sonra aprelin 5-də yenə yoldaşım məni xəstəxanaya gətirdi. Yoldaşımın yanında mənimlə pis davrandılar. “İmişlidəndir, gəlib burda doğmaq istəyir”, “fırıldaqçı” kimi sözlər dedilər. Mən də canımı dişimə tutub dözdüm. Doğuş oldu, mənimlə doğuş zamanı kobud rəftar etdilər, qorxu keçirdim, uşaq sarılıqla doğuldu. Doğuş stolundan düşəndə təmizlik işinə baxan qadın dedi ki, “çıx, stolu özün təmizlə”. Xəstəxanada hətta palatanı süpürən xadimə də xəstədən pul umur. Hər dəfə palataya girəndə mənə işarə edib “1 manat pul vermirlər, ayaqlarının altını təmizləməliyik” kimi sözlər deyib başqalarının yanında aşağılayırdı. Xadiməsən, xəstəxananı süpürürsən, öz işini görürsən, maaşını alırsan, mən sənə niyə pul verməliyəm”.

Aytac Əhmədova deyir, həkimlərin rəftarı ilə xəstəxananın baş həkimi Məcid Əliyevə müraciət edəndə baş həkim deyib ki, “ola bilməz, bizim həkimlər xəstəylə belə rəftar etməz”.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

“UŞAQ ÖLSƏ, CAVABDEHLİYİ KİM DAŞIYACAQ?”

Aytac Əhmədovanın həyat yoldaşı həkimlərin hərəkətindən Səhiyyə Nazirliyinə şikayət edib. Özü isə prokurorluğa müraciət etməyə hazırlaşır:

“Məni xəstəxanada 3 gün saxladılar. Baxmadıqları üçün mən də evə çıxdım. Halbuki, onlar uşağı müalicə üçün göndərişlə başqa xəstəxanaya göndərməli idilər. İndi bu uşaq ölsə, cavabdehliyi kim daşıyacaq?”

Şəki rayon Mərkəzi Xəstəxanasından “Qaynar xətt”ə bildiriblər ki, Aytac Əhmədova aprelin 5-də xəstəxanaya qəbul olunub. Ondan pul tələb edilməyib. Aprelin 6-da doğuş keçirib. Iki gün sonra özü müraciət edib ki, digər azyaşlı övladı xəstələndiyi üçün xəstəxanadan tez çıxmaq istəyir. Evə buraxılanda körpənin vəziyyəti normal olub.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, quruma Şəki rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Aytac Əhmədova ilə kobud davranışa görə şikayət daxil olmayıb.

Buna da bax: Çinli oğlan astaralı qızla evləndi (Video)

XS
SM
MD
LG