Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:17

Erməni ekspertlər bərk narahatdır


 Richard Giragosian
Richard Giragosian

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə Yerevana səfəri yaxlnlaşdıqca erməni ekspertlərinin narahatlığı artır. Bunu Azadlıq Radiosunun erməni xidməti yazır. Erməni ekspertlər narahatdır ki, “Moskva Ermənistanın maraqlarını öz geosiyasi maraqlarına qurban verməyə cəhd edəcək.”

"XƏYANƏT"

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian Azadlıq Radiosuna deyir ki, “Ermənistan Rusiyanın görünməmiş təzyiqinə məruz qalır. Gözləmək mümkündür ki, Rusiya qeyri-müəyyən vədlər müqabilində Ermənistanı Dağlıq Qarabağ ətrafında 1-2 rayonu verməyə məcbur edə. Bu o deməkdir ki, Rusiyanın siyasəti dəyişib, Rusiya özünün strateji müttəfiqi Ermənistana xəyanət edib”.

Ekspert deyir ki, “Kremlin Azərbaycana silah satışı biznes deyil, siyasətdir”.

"RAZI OLSALAR"...

Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarkisian isə deyir ki, “əgər “İzvestiya”da yazılan planla Ermənistan rəhbərliyi razılaşsa, Dağlıq Qarabağ və Ermənistan ağır vəziyyətədüşəcək və daim bu vəziyyətdə qalacaqlar”.

"İZVESTİYA" NƏ YAZIRDI?

Aprelin 18-də Rusiyanın “İzvestiya” qəzeti diplomatik dairələrdəki mənbəyə istinadən yazdı ki, “Rusiya və şəxsən prezident Vladimir Putin bu yaxınlarda başlayacaq Dağlıq Qarabağ üzrə danışıqlarda kompromisə nail olunmasına fəal yardım göstərəcək”.

“Qarşıda ağır danışıqlar var və Rusiyanın yardımı olmadan keçinmək olmayacaq” .

Həmin mənbə Qarabağ problemini yoluna qoymağın planından da danışıb.

Onun sözlərinə görə, “Rusiyanın nizamlanma planı ondan ibarətdir ki, ərazilərin bir hissəsi Azərbaycana qaytarılsın, münaqişə zonasına sülhməramlılar yeridilsin. Qaçqınlar qaytarılsın və Qarabağ legitimləşdirilsin (yəni sərhədlərin açılması təmin edilsin və iqtisadi əlaqələr bərpa edilsin). Sonra ehtiraslar səngiyəndə regionun mənsubluğu barədə referendum keçirilsin. Lakin referendum tərəflərin birinin xeyrinə müəyyən olunmadıqca tərəflərin heç biri bu planla razılaşmaq istəmir.”

XS
SM
MD
LG