Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:53

Tərtərdə 23 evə mərmi düşüb


Arxiv fotosu: Tərtərdə Şəxarx kəndidə erməni artilleriyasının dağıtdığı evlərdən biri. 24 aprel 2016
Arxiv fotosu: Tərtərdə Şəxarx kəndidə erməni artilleriyasının dağıtdığı evlərdən biri. 24 aprel 2016

-

Aprelin 26-sı gecə Tərtər rayonu, eləcə də rayon mərkəzi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Ölən və yaralanan yoxdur.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

TƏRTƏRDƏ 23 EVƏ MƏRMİ DÜŞÜB

Aprelin 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsində baş verən hərbi əməliyyatlar zamanı Tərtər rayonunda 23 yaşayış evinə mərmi düşüb. Bir inzibati bina isə mərmidən ziyan görüb.

«Report»un xəbərinə görə, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı qeyd edib ki, qarşı tərəfdən atılan «Qrad» mərmilərindən biri Şuşa rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında partlayıb. Nəticədə binaya ciddi ziyan dəyib:

«Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhərində 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib».

İcra başçısı həmçinin deyib ki, rayonun Qazıyan kəndində bir «VAZ 21099» markalı minik maşınına ziyan dəyib. Qazıyanda bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.

MÜDAFİƏ NAZİRİ TƏRTƏRƏ GEDİB

Müdafiə naziri Zakir Həsənov Tərtər rayonda olub.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat yayıb:

«Ötən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra, Tərtər rayon sakinləri ilə görüşüb. Erməni tərəfinin atdığı mərmilər nəticəsində evlərinə ziyan dəyən sakinlərə Tərtər rayon İcra Hakimiyyətinin başçısı ilə birgə baş çəkiblər. Görüşdə sakinlər Azərbaycan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildiriblər».

ATV-NİN ƏMƏKDAŞI YARALANIB

Aprelin 26-sı gecə cəbhə bölgəsində çəkiliş apararkən bir jurnalistin xəsarət aldığı bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, Ermənistan silahlı bölmələrinin atdığı mərmilərdən biri çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağını yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da, atəş altından çıxarmaq mümkün olub.

20 EVƏ ZİYAN DƏYİB

«Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir».

Bu açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı verib.

O qeyd edib ki, ötən gecə Tərtər şəhəri minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

Yerli sakinlərdən də Azadlıq Radiosuna bildiriblər ki, top mərmilərindən bir neçəsi Tərtər şəhərində də bir evə düşüb. Ancaq xoşbəxtlikdən ölən yaralanan olmayıb.

TƏRTƏRDƏ SAKİTLİKDİR

«Hazırda Tərtər şəhərində sakitlikdir. Atəş səsləri uzaqdan gəlir».

Bunu AzadlıqRadiosuna Tərtər şəhərinin bir sakini bildirib.

Sakinlər AzadlıqRadiosuna deyiblər ki, gecə qadın və uşaqlar şəhərdən çıxarılaraq daha təhlükəsiz yerlərə köçürülüb.

«Ancaq kişilər evdədir. Əhalinin də əhval-ruhiyyəsi yaxşıdır»,-deyə Tərtər rayon sakini bildirib

+++

Azərbaycan Müdafiə nazirliyi bildirir ki, aprelin 26-sı saat 01:05-dən saat 04:25-dək Ermənistan silahlı bölmələri Tərtər rayonu ərazisini, rayon mərkəzini və eləcə də Qapanlı kəndini atəşə tutub.

Bu zaman 82, 120 millimetrlik minaatanlardan, 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən istifadə edilib.
Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi həmçinin bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyacaq.

"Rusiya münaqişənin həllinə bir halda çalışa bilər"
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

XS
SM
MD
LG