Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Qrant almaq asanlaşacaq?


Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

-

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatı və qrantların alınması ilə bağlı prosedur sadələşdiriləcək.

Bunu AzadlıqRadiosuna QHT-lərə Dövlət Dəstəyi Şurasının (DDŞ) üzvü, Hüquq və Monitorinq Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib.

O deyib ki, həm qrantın qeydiyyat müddətinin, həm də tələb edilən sənədlərin azaldılması nəzərdə tutulur.

Ə.Nuriyevin deməsinə görə, prezidentin «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda QHT-lərin fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması haqda xüsusi bölmə var: «Əslində, bu, gələcəkdə bir institusional dəyişikliyin olacağını əks etdirir. Hazırda Şurada həm qrantların qeydiyyata alınması və həm də donorların qrant verməsinin prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanır. Qanunverici orqanda müəyyən qərarların qəbul edilməsi gözlənilir».

Ə.Nuriyev deyir ki, hazırlanması nəzərdə tutulan təkliflər paketinin 3-cü sektor təmsilçiləri və geniş ictimaiyyətlə müzakirəsi də planlaşdırılır.

Müstəqil ekspertlər düşünür ki, 2013-cü ildən başlayaraq Azərbaycanda QHT-lərə münasibətdə qanunvericiliyin sərtləşdirilməsi xətti götürülüb. Nəticədə xaricdən qrant alan QHT-lərin fəaliyyəti tamamilə dayanıb.

XS
SM
MD
LG