Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Londonun yeni merinin kitabından bir parça


Sadiq Khan (sağ) həyat yoldaşı ilə
Sadiq Khan (sağ) həyat yoldaşı ilə

-

"Yaxşılıq etmək lazım deyil, ədalət lazımdır"

Sadiq Khan

"FairnessNotFavours" (2008) kitabının girişi

Mən Parlamentə müsəlman millət vəkili olmağa gəlməmişəm. Və mən heç vaxt "yalnız müsəlmanların sözçüsü və ya icma lideriyəm" düşünərək, özümü kənarda tutmamışam. Adi vətəndaşlar müxtəlif milli kimliklərə sahib olduğu kimi millət vəkillərinin də müxtəlif mili kimlikləri var.

Mən ilk növbədə və daha çox Leyboristəm. Həmçinin Fabian (sosialist cəmiyyət - tərc.) üzvüyəm, atayam, ərəm, londonluyam və bəli, asiyalıyam, inancım müsəlmanlıqdır.

Tooting (Londonun cənubunda bir ərazi – tərc.) camaatı məni seçib, seçicilərim arasında müxtəlif inanclardan olanlar və heç bir inancdan olmayanlar var.

Çox çalışıram ki, məni təqdim edənlər, tanıdanlar inancımı millət vəkilliyimin qarşısına keçirməsinlər, dinimi peşəmdən önə çıxarmasınlar, amma fakt budur ki, insanlar məni daha çox inancımla tanıdırlar.

Heç vaxt parlamentdə azlıq nümayəndəsi olmaq məsuliyyətindən qaçmamışam. Faktiki olaraq, əhalisinin 10 faizi müsəlmanlar olan bir şəhərdə (şəhərin 74 millət vəkili var) – mən ilk və yeganə müsəlman millət vəkiliyəm. Bütün Birləşmiş Krallıqda isə dörd müsəlman millət vəkili var.

Mən seçiləndən iki ay sonra bir terror hücumu oldu, müxtəlif inanclardan və heç bir inancdan olmayan londonlular ödürüldü, əlbəttə, mən və digər üç müsəlman millət vəkilinə gözlər dilikdi ki, biz paytaxtın sakitliyi, birliyi uğrunda öz öhdəmizə düşəni edək. Onda mən, əlbəttə, özümü müsəlman millət vəkili kimi gördüm və o məsuliyyəti hiss etdim.

Pakistanlılar Müstəqillik günlərini qeyd edirlər
Pakistanlılar Müstəqillik günlərini qeyd edirlər

Amma bəlkə gələcəkdə bizim uğurumuzun ölçüsü o ola bilər ki, millət vəkillərinin inancı az, onların bütün seçicilərin arxasında durmaq bacarığı daha çox qiymətləndirilər.

Leyboristlər Partiyasının həmişə müsəlman diasporası ilə yaxşı münasibəti olub.

Hindistan və Pakistana müstəqilik verən də Leyborist Hökuməti olub, Leyboristlərə yaxın olan həmkarlar ittifaqları bu ölkəyə yeni gələnləri həmkarlar ittifaqlarına üzv edir və onların iş şəraitini yaxşılaşdırmağa çalışırdılar, irqçilik əleyhinə qanunvericiliyi qəbul edən də Leyboristlər olubar.

Bu, ikitərəfli münasibət olub. Britaniya müsəlmanları da Leyboristlərlə münasibət qurublar. Təkcə səs verməklə kifayətlənməyiblər, eyni zamanda partiyanın aktivisti, bələdiyyə üzvü, nümayəndəsi olmaqla partiya müxtəlifliyini zənginləşdiriblər...

XS
SM
MD
LG