Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:39

Azərbaycan təyyarəsinin qəzasında 7 nəfər həlak olub


An-12 - İllüstrasiya
An-12 - İllüstrasiya

Heyətin tərkibinə 1 Özbəkistan, üç Ukrayna və beş Azərbaycan vətəndaşı daxil idi. Qəzadan yalnız iki ukraynalı sağ çıxıb.

►"Təyyarənin ekipaj üzvlərindən 5-i azərbaycanlı idi"

Rusiyanın Rossiya 24 telekanalının məlumatına görə Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Qəzadan yalnız 2 ukraynalının sağ çıxdığı, onların hazırda ağır vəziyyətdə xəstəxanada olduqları xəbər verilir.

Təyyarə qəzasının təfərrüatları barədə məlumat verilmir.

Bundan əvvəl ​Trend agentliyi xəbər verirdi ki, tam dəqiqlşdirilməyən məlumata görə, Əfqanistanın Gilmənd əyalətində bu ölkədə yük daşımaları məqsədilə Azərbaycanın "Silk Way" şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsi ilə bağlı "aviasiya hadisəsi" baş verib.

Bunun nə hadisə olduğu açıqlanmır.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxil idi.

Eyni xəbəri Day.az Mülki Aviasiya Administrasiyasına istinadla yayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG