Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:21

Azərbaycan təyyarəsi maneəyə dəyib [Yenilənib]


İllüstrasiya
İllüstrasiya

►Azərbaycana məxsus "SilkWay" şirkətinin An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.

Bu barədə Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.

APA-nın xəbərinə görə, o, təyyarənin hansı maneəyə dəyməsini açıqlamayıb. Bunun, hələ, araşdırıldığını bildirib.

“SilkWay” şirkətinə məxsus yük təyyarəsi mayın 18-də Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyətin idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaqdan ötrü komissiya yaradıb. Komissiyanın Əfqanıstana yola düşdüyü bildirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsi mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb.

Təyyarənin göyərtəsində 9 heyət üzvü olub. Onlardan 7-nin öldüyü bildirilir.

ABŞ ordusunun Əfqanıstandakı nümayəndəsinin məlumatına görə, təyyarə mayın 18-də Helmand əyalətindəki aerodromdan qalxarkən qəzaya uğrayıb.

Məlumatda qeyd edilir ki, təyyarənin qanadlarından biri uçuş xəttinə dəyərək qopub.

Qəza zamanı sağ qalanlar texniklər Qanja Andrey və Əliyev Rəmzidir.

Onların vəziyyəti stabil qiymətləndirilir.

***

Amerika Birləşmiş Ştatlar “SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına Əfqanıstanda təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək işində kömək edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Səfirlikdən APA-ya deyiblər ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək.

“SilkWay” şirkətinə məxsus yük təyyarəsi mayın 18-də Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaqdan ötrü komissiya yaradıb. Komissiyanın Əfqanıstana yola düşdüyü bildirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsi mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

Təyyarənin göyərtəsində 9 heyət üzvü olub:

1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Qeyd edək ki, Azərbaycanın yük təyyarəsi dünən Əfqanıstanın cənubunda qəzaya uğrayıb.

Təyyarədə olan 9 nəfərdən 7-nin öldüyü bildirilir.

ABŞ ordusunun Əfqanıstandakı nümayəndəsinin məlumatına görə təyyarə mayın 18-də Helmand əyalətindəki aerodromdan qalxarkən qəzaya uğrayıb.

Onun sözlərinə görə təyyarənin qanadlarından biri uçuş xəttinə dəyərək qopub.

Məlumatlara görə, qəza zamanı sağ qalanlar texniklər Qanja Andrey və Əliyev Rəmzidir.

Onların vəziyyəti stabil qiymətləndirilir.

XS
SM
MD
LG