Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:19

General Babayan: "Qorxuram, Azərbaycan ordusu Yerevanda çay içsin"


Samvel Babayan
Samvel Babayan

►Qarabağdakı separatçı erməni rejiminin keçmiş təmsilçilərindən olan Samvel Babayan Ermənistan rəhbərliyini xalqı aldatmamağa çağırıb. ​

Azərbaycanın Qarabağ regionunu işğalda saxlayan separatçı erməni rejiminin keçmiş təmsilçilərindən olmuş, vaxtilə bu qondarma rejimdə "müdafiə naziri" olan Samvel Babayan Ermənistan hökumətinii sərt tənqid edib. O deyib ki, apreldəki dörd günlük müharibə zamanı Azərbaycan tərəfinin ələ keçirdiyi torpaqlar strateji əhəmiyyətə malikdir.

General-leytenant Samvel Babayan CivilNetə verdiyi müsahibədə deyib ki, Azərbaycan ordusunun qazandığı uğurlar Bakının özü üçün də gözlənilməz idi, ancaq fakt budur ki, azərbaycanlılar bu mövqeləri cəmi yarım, yaxud bir saat ərzində ələ keçiriblər.

"Mən bilmirəm bu ərazinin 800, yoxsa 1800 hektar olduğunu kim ölçüb. Konkret olaraq Mardakert (Ağdərə - red.) istiqamətindəki mövqelərə gəlincə, bu mövqelər ikiqat strateji əhəmiyyətə malik məntəqələr idi. Birincisi ,onlar ətraf kəndlərin əhalisinin öz evlərində yaşamaq imkanını təmin edirdi. Bu torpaqlar Qarabağın təbii sərhədləridir. Biz öz təbii sərhədlərimizə çıxmışdıq. İkincisi də bu ərazidən Kirovabaddan Mirbəşirə (Gəncədən Goranboya - red.) qədər bütün düzənlik ovcumuzun içindəki kimi idi... İndi də biri bu torpaqları strateji hesab edir, biri etmir... Bu adamlar görmədən bu ərazilərin nəyə yaradığını necə anlaya bilərlər? Strateji olmayan mövqelər yoxdur, xüsusən də Mardakert istiqamətində."

Azərbaycanın böyük həcmdə silah alaraq, artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yetirərək, müharibəyə hazırlaşdığını deyən Babayan əlavə edib ki, Bakının məqsədi ön xətti, o cümlədən şəhər və kəndləri yerlə bir eləməkdir. O qeyd edib ki, Ermənistan nə maliyyə, nə də insan resursları baxımından Azərbaycanla rəqabət apara bilməz.

"Təsəvvür edirsiniz, onlar Naxçıvanda İsrail və Rusiyadan aldıqları müxtəlif reaktiv sistemlər yerləşdirirlər. Sual ortaya çıxır: nə üçün? Qarabağa zərbə endirmək üçün? Bunun üçün onlar o sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirə bilərdilər. Odur ki, biz hücuma başlamağa hazır olduğumuzu deyəndə düşmən mütləq bundan istifadə edib birbaşa İYerevanı vuracaq. Yerevandan Naxçıvana qədər məsafə 42 kilometrdir. ...Bu reaktiv sistemlər 70 km-dən 150 km-ə qədər məsafəni vurur. Biz onlardan müdafiə olunmağa, şəhər və kəndlərimizi qorumağa hazırıqmı? "Biz Bakıda çay içəcəyik" deməklə olmur. Yaxşı, siz Bakıda çay içə bilərsiniz, ancaq mən qorxuram ki, onlar bundan daha tez Yerevana çatıb burada çay içsin. General forması geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgərimiz bu qədər raketə davam gətirə bilməz... Bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə orada adam dayana bilər? Necə yəni bizdə ruh yüksəkliyi var? Nədir, əsgər raketi əli ilə tutacaq? Biz əsgərlərimizin təhlükəsizliyi barədə düşünməyə borcluyuq."

____________________________________________________________

Bunlara da bax:
QARABAĞ mövzusunda bütün son yeniliklər burada
Siqaretə məhdudiyyət qoyula bilər
Almaniya parlamenti "erməni soyqırımı"nı tanıdı

____________________________________________________________

Samvel Babayan ilk növbədə hava hücumundan müdafiəyə diqqət yetirməyi təklif edir:

"Mən belə bir strategiya təklif etmişəm: birincisi, hava məkanını bağlamaq və düşmənin bunu etməsinə imkan verməmək. ...Mən bunu 100% təmin edən silahı göstəmişəm. Məsələn, yağış yağanda biz çətir götürürük ki, başımız islanmasın. Biz ilk növbədə bu çətirin olmasını təmin etməliyik. İkinci addım: mən düşmənin zərbəni haradan endirdiyini təyin edən qurğunu da göstərmişəm. Həmin qurğu bu məlumatı artilleriyaya ötürür, artilleriya idarə olunan mərmi ilə azərbaycamlıların 20 milyarda aldığı texnikanı məhv edir."

Samvel Babayanın sözlərinə görə, indi gündəmdə Qarabağın yox, bütün erməni dövlətçiliyinin məsələsi dayanıb. "Ancaq hərbi rəhbərlik o raketin gücünü və imkanlarını anlamadan "biz iki raketlə Bakını yerlə bir edərik" deyib öz xalqını aldatmamalıdır. Öz xalqını aldatmaq olmaz," o deyib.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Mayın 16-da isə Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG