Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

Ağacların kəsilməsinə etiraz edənlər yolu kəsdi


Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Ağacların kəsilməsinə etiraz edənlər yolu bağladı

►Məlumata görə, qarşıdurmada xəsarət alan var

Nərimanov rayonundakı Fətəli xan Xoyski küçəsinin sakinlərinin küçə boyunca ağacların kəsilməsinə görə, etiraz aksiyası keçirdikləri bildirilir.

Sakinlərin, avtomobil yolunu bağladıqları, polislə qarşıdurma yaşandığı deyilir. Aksiya zamanı bir nəfərin xəsarət aldığı, əraziyə təcili tibbi yardım maşınının gəldiyi qeyd edilir.

Report-un xəbərinə görə, əraziyə əlavə polis qüvvələri də cəlb olunub. Sakinlərlə danışıq aparıldıqdan sonra yolda hərəkətin bərpa edildiyi bildirilir.

Ancaq sakinlərin narazılığının sürdüyü söylənir.

Ağacların kəsildiyi ərazidə tikinti aparılacağı bildirilir. “Beqnaft” hüquq şirkəti MMC-nin nümayəndəsi Ərşad Sərdarovun deməsinə görə, ağacların kəsilməsi qanuni olub:

“Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var. Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”, şirkət təmsilçisi deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ağacların kəsilməsini şərh edib.

Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev ərazidə araşdırma apardığını bildirib.

“İlkin verilən məlumatlara görə, orda 12, 14, 16 diametrlik ağaclar, meyvə ağacları, tinglər kökündən çıxarılıb. Hələ, dəqiq rəqəm müəyyənləşməyib. Amma bütün hallarda mövcud qaydalara uyğun sənədləşdiriləcək, aiddiyyatı üzrə polisə müraciət ediləcək ki, təqsirkar müəyyənləşsin. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati araşdırma aparılacaq, təqsirkar müəyyənləşdiriləcək və onun barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək”, nazirlik təmsilçisi deyib.

Ağacları kimlərin kəsdiyinin bəlli olmadığını bildirən R.Mirzəyev vurğulayıb ki, istənilən halda buna qarşı ölçü götürüləcək.

“Fakt odur ki, ağaclar çıxarılıb, tinglər məhv edilib, bu artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək” - nazirlik nümayəndəsi deyib.

XS
SM
MD
LG