Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:22

'Bu savadsız yığını qərara düz-əməlli izah da verə bilmir'


Natiq Cəfərli
Natiq Cəfərli

►Tarıf Şurasının “minnət” dolu qiymət artımı

Ekspertın fikrincə, abonentlərin say artımı paylayıcı şirkətin gəlirini də çoxaltmalıydı

Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətlərinin müraciətlərini nəzərə alaraq, elektrik enerjsinin qiymətini qaldırıb.

Bahalaşmanın ardından enerjinin bir kilovat-saatı əhaliyə 7 qəpiyə (bahalaşmadan öncə 6 qəpik idi – red.) satılacaq.

Bir məqamı xatırlatmaq olar ki, prezidentin sərəncamı ilə ötən il fevralın 10-da “Bakıelektrikşəbəkə” ləğv olunub və “Azərİşıq” yaradılıb. Həmin sərəncamdan sonra ölkədə enerji istehsalını “Azərenerji”, onun paylanmasını “Azərİşıq” gerçəkləşdirməyə başlayıb.

Qiymət Şurası yenə “Əsasnamə”sini pozub?

Tarif Şurası, əvvəlki qərarlarında olduğu kimi, yenə “əsasnamə”sini pozub. Bu sənədin “Şuranın vəzifələri” bölümündə belə yazılıb: “Qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək” lazımdır. Ancaq şura budəfəki qərarında da elektrik enerjisini niyə bahalaşdırdığını əsaslandırmayıb.

Şuranın “qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırma və təhlillər aparmaq” hüququ da var. İndi qurumun belə araşdırma və təhlil apatıb-aparmadığı qaranlıq qalır, çünki açıqlanan məlumatda bu barədə hər hansı məlumat verilmir.

Artım zərəri ödəyəcəkmi?

Duruma aydınlıq gətirmək məqsədi ilə elektrik enerjisinin bahalaşmasını istəyən qurumlardan birinin - “Azərenerji”nin ötənilki bəzi maliyyə göstəricilərini gözdən keçirmək olar. Qurum:

- ötən ili 870 milyon manatdan artıq zərərlə başa vurub;

- dövlət büdcəsinə 780 milyon manat borcludur;

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

- SOCAR-a təxminən 350 milyon manat borcu var.

İndi də bu qiymət artımından sonra müraciət edən digər qurumun - “Azərişıq”ın faktik gəlirinə göz atmaq olar:

Statistikaya görə, ölkədə il ərzində istehlakçılar təxminən 18,5 mlrd kvt\saat elektrik enerjisi istifadə edilib. Bir qəpik artıma görə, “Azərişıq”ın qazancı ildə 185 milyon manat ola bilər. Təbii ki, qurum istehlakçılara verilən işığın pulunu tam şəkildə yığa bilsə.

Qiymət Şurasının açıqlamasına baxılsa, əslində, elektrik enerjisi qiyməti ucuzlaşmalıydı.

Məsələn, Şura qeyd edir ki, son 10 ildə enerji sisteminin istehsal gücü 5 min 590 meqavatdan 7 min 160 meqavata çatıb. Deməli, satış və nəticədə gəlir çoxalıb. Daha bir missal. Şura qeyd edir ki, abonentlərin sayı təxminən 1 milyon artaraq, 2,5 milyonu ötüb. Sadə məntiq onu deyir ki, gəlir artıb və məhsulun istehsalı çoxalıbsa, deməli, onun maya dəyəri azalıb. Məlumatda sanki minnət dolu belə bir məqam da var: “Əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsini paylayıcı şəbəkə ödənişsiz həyata keçirir”. Paylayıcı şəbəkəni dövlət büdcəsi maliyyələşdirir. Büdcəni də vətəndaş.

“Bu savadsız yığını...”

İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında Şuranın açıqlamasını dəyərləndirib:

“Qərardan sitat: Son 10 ildə enerji sisteminin istehsal gücü 5 min 590 meqavatdan 7 min 160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Bu savadsız yığını düz-əməlli izah da edə bilmirlər. Bu yatırımların çoxu büdcə hesabına olub, vəsait bizim cibimizdən çıxıb. Əgər abonent sayı artıbsa, demək, daha çox satış olur, daha çox satış olursa, deməli, qazanc da artır”.

“2,5 milyon abunəçi daha çox işıq pulu verərək, daha da yoxsullaşacaq”

Ekspert Şuranın “Qiymətin artmasından sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən çox işçinin əmək haqlarının artırılmasına imkan verəcək” açıqlamasını da tənqid edir:

“Bu sistemə 18 min işçi lazım deyil. Hökumət effektiv sistem qursun, 10 min işçi qalsın, maaşlarını 10 faiz yox, 50 faiz artırsınlar. Rəqabətli mühit yaradılsın, o qalan 8 min də ya özünə iş qursun, ya da özəl sektora keçsinlər. Həmin işçilərin maaşlarını 5-10 faiz artıracaqlar, amma bu günə rəsmi inflyasiya artıq 10,5 faizdir. İndi işıqpulu qalxanda qiymətlər də artacaq, inflyasiya o maaş artımını yeyib-bitirəcək. Deməli, 18 minin maaşı qalxacaq, amma 2,5 milyon abunəçi daha çox işıqpulu verərək, daha da yoxsullaşacaq”.

XS
SM
MD
LG